23 oktyabr 2023, 14:21

Mərdan Novruzovdan, Vladivostok, Rusiya

Möhtərəm cənab Prezident.

Ölkə rəhbəri kimi xidmətinizin 20 illiyi, eləcə də ölkəmiz üçün əlamətdar Qələbə münasibətilə uzaq Şərqin Azərbaycan diasporunun üzvlərinin səmimi, ürəkdən gələn təbriklərini qəbul edin!

Hər dəfə seçkilərdə qələbə qazanmağınız Sizin fədakar, cəsarətli və həqiqətən də xalq üçün zəhmətinizin təbii nəticəsi, həmçinin seçici dəstəyinin bariz sübutu idi. Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadiyyatı sıçrayışlarla inkişaf edir, beynəlxalq aləmdə mövqelərini möhkəmlənir.

Dövlətimiz uğurları, ölkəmiz milli birliyi və yüksək nüfuzu ilə dünyada tanınır, seçilir. Biz Azərbaycanın Qarabağda yekun qələbəsinə görə xüsusi fəxr hissləri keçiririk. Şanlı üçrəngli bayrağımızın Xankəndidə ucaldılması Sizin mahir idarəçiliyinizin nəticəsidir. Azərbaycanın ecazkar təbiətli tarixi şəhərləri - Xankəndi, Şuşa, Laçın, Füzuli, Xocalı və Kəlbəcər işğal altında olarkən heç birimiz ürək dolu nəfəs ala bilmirdik. Beş il əvvəl təsəvvür etmək çətin idi ki, Ulu Öndər Heydər Əliyevin Qarabağı azad görmək arzusunu bu qədər qısa müddətdə həyata keçirmək mümkün olacaq.

20 il bundan əvvəl Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev xalqa müraciət edərək Sizi təşəbbüskar, enerjili, praqmatik bir insan, həmçinin onun davamçısı kimi təqdim etdi. O əmin idi ki, Siz xalqın dəstəyi ilə ölkənin müqəddəratını dəyişəcək, onun haqq işini başa çatdıra biləcəksiniz. Zaman onun haqlı olduğunu sübut etdi.

Hazırda Sizin rəhbərliyinizlə Qarabağda sürətlə quruculuq-bərpa işləri aparılır. Doğma yurdlarına qayıdan insanlara, Qarabağın sakinlərinə sosial və iqtisadi yardımlar göstərilir, bərabər hüquq və azadlıqlar təmin edilir. Əminik ki, Qarabağın inkişafı sülh və qarşılıqlı anlaşma prinsipləri əsasında davam edəcək. Bu şərəfli işdir. Biz əminik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mədəniyyətimizin qədim və gözəl abidəsi olan Qarabağda sabitliyin təminatçısı olacaqdır.

Bütün çətinliklərə baxmayaraq, Sizin Prezidentlik fəaliyyətinizin yubiley ili tarixə sevinc və qovuşma ili kimi düşəcək. Sizin - qalib Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda qazanılan Qələbə xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqları 44 gün ərzində işğaldan azad edilib. Siz xalqın onilliklər boyu ürəyində gəzdirdiyi arzularını həyata keçirdiniz.

Biz azərbaycanlılar Liderimizlə fəxr edirik! Dünyanın müxtəlif yerlərində, o cümlədən Rusiyada və uzaq Şərqdə xalqımızın nümayəndələri, Azərbaycan diasporunun üzvləri hər zaman Sizin dəstəyinizə arxalanırlar.

Cənab Prezident, uzaq Şərqdəki Azərbaycan diasporunun sədaqətinə və fəaliyyətinizə dərin ehtiramına əmin olun. Sizə firavanlıq, xalqımızın rifahı naminə ölkəmizə tərəqqi arzulayıram!

Hörmətlə,

Novruzov Mərdan, “Azərbaycan Konqresi” Primorsk diyarının Milli-Mədəni İctimai Təşkilatının sədri.

Rusiya Federasiyası, Vladivostok şəhəri.