Samir Mustafayevdən, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdəmiz!
Ölkəmizin ərazi bütövlüyünün təmin olunması münasibətilə Sizi ürəkdən təbrik edir, cansağlığı, uzun ömür, güc-qüvvət və işlərinizdə hər zaman uğurlar arzulayırıq.
Sizin Xocalı və Xankəndiyə səfərinizi, ucaltdığınız üçrəngli, ay-ulduzlu bayrağımızı televiziya qarşısından izləyən zaman, o təsirli anlar altında yazdığım şeir ilə Sizə təşəkkürümü və minnətdarlığımı belə ifadə edə bildim:
Bayraq sancıb torpağına, daşına,
Düşmənlərin od yağdırdı başına.
Kədər yaşı döndü sevinc yaşına,
Zəfərin gücünü biz onda gördük.
Xocalı hayqırdı o, var səsiylə,
Kimsə bəhs edəmməz bir də bəhsiylə.
Dünyanı mat qoyan iradəsiylə,
Rəhbərin gücünü sonunda gördük.
Dünya görür kimdi bizə daş atan,
Heç bir kələk, yeriməyir başatan.
Adlayıb Laçından, keçib Şuşadan,
Komandanı Murov yolunda gördük.
Nə çoxdur qadasın ürəkdən alan,
Xankəndi yuxuydu: ya gerçək, yalan.
Düşməni yerindən didərgin salan,
O “Dəmir yumruğ”u qolunda gördük.
Süzür səmaları qartal qanadlı,
Zəngəzur eşqiylə durub inadlı.
Güllü, gülüstanlı Qarabağ adlı,
Paşamızı doğma yurdunda gördük.
Dərin hörmətlə,
Mustafayev Samir Əhliman oğlu,
Yeni Azərbaycan Partiyasının üzvü, 3 yaşında Kəlbəcər rayonundan məcburi köçkün düşüb 27 ildən sonra 30 yaşında vətən, torpaq sevincini yaşayan gənc şair.
Azərbaycan Respublikası, Gəncə şəhəri.