Bayram Rüstəmovdan, Tovuz, Azərbaycan
Əziz Prezident.
Siz hələ 20 il əvvəl Prezident kimi andiçmə mərasimində çıxışınız zamanı demişdiniz ki, Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcək. Ötən illər ərzində həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan həqiqətən də güclü, qüdrətli, zəngin, söz sahibi olan dövlətdir. Siz beynəlxalq miqyasda öz qətiyyətli mövqeyinizlə seçilən Lidersiniz. Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşı olmaqdan qürur duyuram.
Müzəffər Ali Baş Komandan, Azərbaycanın əzəli torpaqlarının 30 illik işğaldan sonra azad edilməsi cəsur lider olaraq Sizin “dəmir yumruğ”unuzun nələrə qadir olduğunu bütün dünyaya göstərdi. Qarabağ Zəfəri, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam təmin edilməsi Sizin liderlik istedadınızın daha parlaq bir ifadəsi kimi mühüm əhəmiyyətə malikdir. Sizin qalib xalqın qalib Prezidenti kimi işğaldan azad edilmiş ərazilərimizə səfərlərinizi, birbaşa nəzarətinizlə orada möhtəşəm yenidənqurma işlərinin həyata keçirilməsini qürurla izləyirik.
Cənab Prezident, Allah Sizi qorusun. Sizin həmişəlik Azərbaycan Respublikasının Prezidenti olmağınızı arzu edirik.
Hörmətlə,
Rüstəmov Bayram Həsənəli oğlu.
Azərbaycan Respublikası, Tovuz rayonu.