Ərşad Məmmədovdan, Ağcabədi, Azərbaycan
Müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, memarı, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli siyasi varisi!
Sizin rəhbərliyiniz altında “dəmir yumruq” kimi birləşərək, şanlı və rəşadətli Azərbaycan Ordusunun gücü ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız qısa zamanda – 44 gün ərzində işğaldan azad olunmuşdur. Bu Qələbə sevincini bizə yaşadan məhz Sizsiniz. Siz Azərbaycan tarixində ilk şəxsiyyətsiniz ki, tarixi ədaləti bərpa etdiniz. Siz öz adınızı Azərbaycan tarixinə qızıl həriflərlə həkk etdirmisiniz.
Möhtərəm Ali Baş Komandan, Sizin 2023-cü il oktyabrın 15-də Xankəndidə üçrəngli Azərbaycan Bayrağını ucaltmağınız bizə qürur və şərəf hissi bəxş etdi. Nə yaxşı ki, Sizin kimi Prezidentimiz vardır. Sizinlə fəxr edirik.
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın şanlı, rəşadətli Azərbaycan Ordusu!
Yaşasın qalib Azərbaycan xalqı!
Hörmətlə,
Məmmədov Ərşad.
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.