İlqar Quliyevdən, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Mən antiterror tədbirlərində iştirak edən və yaralanan hərbçi atası kimi bütün şəhid ailələrinə, qazilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Yaralı oğluma və ailəmizə hər sahədə dəstək göstərildi. Oğlum müalicə olunduqdan sonra yenə də Vətənə xidmət etməyə hazırdır.
Cənab Prezident, Sizin kimi Ali Baş Komandanımız olduğuna görə qürur duyuruq. Siz Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi üçün yorulmaz səylər göstərib, hərbi, siyasi və diplomatik sahələrdə düşmənlə qətiyyətlə mübarizə aparmısınız.
Qələbə münasibətilə Sizi və xalqımızı təbrik edir, ölkəmizin səmasının daim açıq, günəşli, xalqımızın firavan olmasını arzulayıram.
Hörmətlə,
Quliyev İlqar Vaqif oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.