Mirzəkərim Tağıyevdən, Daşkəsən, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin müdrikliyiniz, uzaqgörən siyasətiniz, diplomatik məharətiniz və Ordumuzun rəşadəti sayəsində cəmi 44 gün ərzində torpaqlarımız işğaldan azad olundu. Ötən ay həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə erməni separatçıları məhv edildi. Vətən müharibəsindəki Qələbənin qüruru ilə yaşayan xalqımıza 2023-cü il oktyabrın 15-də Xankəndi Zəfəri ilə daha bir tarixi möhtəşəm gün bəxş etdiniz.
Xankəndi şəhərində və Qarabağın digər ərazilərində üçrəngli Bayrağımızı ucaldaraq dövlətimizin ərazi bütövlüyünü və suverenliyini təmin etməyiniz münasibətilə Sizi Daşkəsən rayon səhiyyə işçiləri adından ürəkdən təbrik edirəm. Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, uzun ömür və cansağlığı arzulayıram.
Hörmətlə,
Tağıyev Mirzəkərim.
Azərbaycan Respublikası, Daşkəsən şəhəri.