28 oktyabr 2023, 10:25
İlkin Əliyevdən, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu məktubu Sizə yazmaqda səbəb minnətdarlıqdır.
Sizin başçılığınız altında dövlətimizin inkişafının, xalqımızın rifahının yaxşılaşmasının bir ölkə vətəndaşı olaraq ailəmlə birlikdə şahidiyəm. Uzun illərdən sonra bizə yuxu kimi gələn torpaqlarımızı azad etdiniz. Bu bizim üçün əvəzsiz bir dəyərdir.
Cənab Prezident, Sizə və ətrafınızda olan komandaya özümün və ailəmin adından təşəkkür edirəm.
Bu məktubu yazmağı özümə bir vətəndaş kimi borc bildim.
Çox sağ olun!
Hörmətlə,
Əliyev İlkin Həsən oğlu, özəl sektorun işçisi.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.