30 oktyabr 2023, 14:15

Kamran İbrahimov və Teyyub Quliyevdən, Saatlı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Ümummilli Lider Heydər Əliyev insan sağlamlığını cəmiyyətin sərvəti adlandırmışdır. Bu həyatda insan üçün ən dəyərli sərvət sağlamlıqdır. İnsanların sağlamlığının da keşiyində tibb işçiləri dayanır. Həkim olmaq böyük məsuliyyətdir. Çünki hər birimiz bu peşənin daşıyıcılarına bizim üçün əziz olan sağlamlığımızı etibar edirik. Həkim peşəsi çox nəcib və məsuliyyətli bir işdir, çünki insanların sağlamlığı, bəzən həyatları həkimdən asılı olur. İnsanlar inanırlar ki, həkimlər onlara mütləq kömək edəcəklər.

Cənab Prezident, Sizin və Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə göstərdiyiniz diqqət və qayğıya, müəyyənləşdirdiyiniz strateji xəttə uyğun olaraq Saatlı Mərkəzi Rayon Xəstəxanasında da əhalinin sağlamlığının qorunması istiqamətində qarşıya qoyulan hədəflərə nail olunub. Burada şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən xüsusi diqqət və qayğı bizim məmnunluq doğurur. Həkim və tibb bacılarının ağır zəhməti sayəsində insan üçün ən qiymətli nemət olan sağlamlığımızın keşiyində dura bilmişik.

Səhiyyə sahəsinə ayırdığınız diqqətə, ölkə əhalisinin sağlamlığına verdiyiniz dəyərə görə Sizə təşəkkür edirik, cənab Prezident!

Hörmətlə,

İbrahimov Kamran Əli oğlu, qazi

Quliyev Teyyub Əyyub oğlu, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Saatlı şəhəri.