30 oktyabr 2023, 10:30

Fərid Zamanovdan, Mingəçevir, Azərbaycan

Cənab Prezidentimiz.

Mən heç bir partiyanın üzvü deyiləm, sadə vətəndaşam. Fəxr edirəm ki, pandemiyanın sərt vaxtında Sizə yazdığım məktubum Sizin rəsmi saytınızda yerləşdirilib. Mən xoşbəxt vətəndaşam ki, mənim Prezidentim məni – sadə vətəndaşı nəzərə alır. Bu, hər ölkədə olmur. Sizin ömürlük dövlət başçımız olmağınızı dəstəkləyirəm.

Azərbaycanı Sizdən başqa heç kəs bu qədər qoruya bilməz. Arzum odur ki, Sizi ömürlük Prezident seçək!

Hörmətlə,

Zamanov Fərid

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.