Famil Quliyevdən, Cəlilabad, Azərbaycan
Salam, hörmətli və möhtərəm cənab Prezident.
Özümün və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən bu günlərdə çətinliklə üzləşmişdim və bu barədə Sizə müraciət etmişdim. Problemimlə operativ bir şəkildə maraqlandılar və qısa bir zamanda lazımi işlər gördülər.
Çox sağ olun, möhtərəm Prezidentimiz, mən Sizdən çox razıyam. Dövlətim və Vətənim uğrunda canımı fəda da versəm, mənim üçün böyük şərəfdir. Təki Vətən sağ olsun!
Müharibə veteranlarına göstərdiyiniz diqqət və qayğıya görə də Sizə “çox sağ olun!” – deyirəm.
Fürsətdən istifadə edərək, Sizi və hörmətli ailənizi qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm, uzun ömür, cansağlığı arzulayıram. Zəfər Gününün 3-cü ilini fəxrlə qeyd edirik. Siz Anamız Azərbaycana böyük bir qələbə bağışladınız. Qədəmləriniz hər zaman mübarək olsun!
Hörmətlə,
Quliyev Famil, Vətən müharibəsi iştirakçısı.
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.