Şəhid atasından, Abşeron, Azərbaycan
Möhtərəm Prezident!
Siz Prezident seçildiyiniz ilk gündən bu günədək ölkəmizdə bütün sahələr üzrə davamlı inkişaf müşahidə olunmaqdadır. Respublikamızda nəinki sabitlik qorunub, o cümlədən Azərbaycan gündən-günə güclənən, beynəlxalq arenada öz sözünü deyən, özünün milli maraqlarını ən yüksək səviyyədə qoruyan və müstəqil siyasət həyata keçirən dövlətə çevrilib.
Birinci Qarabağ müharibəsinin qazisi, Vətən müharibəsində oğlu şəhid olan ata kimi vətənimizin ərazi bütövlüyünün təmin olunmasını, Xankəndidə, Xocalıda bayrağımızın dalğalanmasını görmək məni qürurlandırır, fərəhləndirir.
Sizi Prezident kimi fəaliyyətinizin 20 illiyi və Vətən müharibəsində Qələbəmiz münasibətilə təbrik edirəm. Ümidvaram ki, Azərbaycan Sizin rəhbərliyinizlə bundan sonra da çox böyük qələbələr əldə edəcək.
Hörmətlə,
Mehdiyev Rəhman, Vətən müharibəsi şəhidi Rəşad Mehdiyevin atası, Birinci Qarabağ müharibəsi qazisi.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.