Telman Hacəliyevdən, Dərbənd, Rusiya
Hörmətli cənab Prezident.
Dərbənd Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin rəhbərliyi və kollektivi Dağıstanın xalq şairi Rəsul Həmzətovun anadan olmasının 100 illik yubileyinin Azərbaycanda yüksək səviyyədə keçirilməsinə görə Sizə səmimi minnətdarlığını bildirir. Tədbirin bayram səviyyəsində təşkili, doğrudan da məmnunluq doğurur.
Biz mehribanlıqla qarşılandığımıza, rahat yaşayışla təmin olunduğumuza, həmçinin qədim və gözəl Bakıya ekskursiya təşkil edildiyinə görə səmimi qəlbdən təşəkkür edirik. Təbii ki, səfər çərçivəsində Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, Zərifə xanım Əliyevanın və Əziz Əliyevin xatirəsini ehtiramla yad etmək, həmçinin Qarabağ müharibəsi şəhidlərinin xatirəsini anmaq bizə şərəf verdi.
Qonaqpərvərlik və mehribanlıq elə səmimi mühit yaratmışdı ki, bütün qonaqlar özlərini evdəki kimi hiss edirdilər. Bu möhtəşəm tədbirdə iştirakımıza şərait yaradıldığına görə Sizə xüsusi təşəkkür edirik.
Cənab Prezident, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, gələcək planlarınızın həyata keçməsini arzulayırıq!
Hörmətlə,
Hacəliyev Telman, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri, “Dərbənd şəhəri” şəhər dairəsinin başçısı yanında Milli-Mədəni Muxtariyyət Məsələləri üzrə Məşvərət Şurasının üzvü.
Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri.