01 noyabr 2023, 18:10

Cabir Cahangirovdan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ədliyyə sahəsində dövlət siyasətinin tənzimlənməsini həyata keçirən, dövlətimizə və xalqımıza şərəflə xidmət edən ədliyyə orqanlarının formalaşdırılması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Demokratik və hüquqi dövlət quruculuğu yolunu tutmuş ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Sizin rəhbərliyinizlə uğurla davam və inkişaf etdirilir, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə mühüm qərarlar qəbul olunur, ardıcıl tədbirlər görülür.

Cənab Prezident, mən bir vətəndaş olaraq, ölkəmizdə insanların hüquqlarının qorunması və ədalət mühakiməsinin etibarlı təminatı üçün görülən işlərə görə Sizə öz minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Cahangirov Cabir

Azərbaycan Respublikası, Saatlı şəhəri.