04 noyabr 2023, 17:32

Kamaləddin Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm Ali Baş Komandan, böyük Sərkərdə!

Mən bir Azərbaycan gənci olaraq, bu məktub vasitəsilə Sizə öz təşəkkürümü bildirmək istəyirəm.

Cənab Prezident, Ulu Öndərimiz Heydər Əliyevin müdrik siyasəti və Sizin ali idarəetməniz sayəsində bu gün Azərbaycan dünya dövlətləri arasında sayılıb-seçilən, tərəqqi edən dövlətlərdəndir. Sizin əvəzolunmaz idarəetməniz, diqqət və qayğınız nəticəsində ölkəmizdə hər bir sahədə müşahidə olunan sürətli inkişaf xalqımızın rifahı üçündür.

Möhtərəm Prezident, mən öz adımdan və ailəm adından bir daha Sizə təşəkkür edirəm.

Hörmətlə,

Məmmədov Kamaləddin

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi.