“Qarabağ Qaziləri” Birliyinin üzvlərindən, Ağdam, Azərbaycan
Çox hörmətli cənab Prezident!
Uzun illərdir Macarıstanın paytaxtı Budapeşt şəhərində həbsdə olan zabitimiz, Azərbaycanın vətənpərvər oğlu Ramil Səfərovun Sizin şəxsi iradəniz və qətiyyətiniz sayəsində ölkəmizə ekstradisiyası və Sizin tərəfinizdən əfv olunaraq azadlığa buraxılması biz keçmiş döyüşçülər olan Qarabağ qazilərini çox sevindirdi. Biz hər zaman Sizin Ramil Səfərovun ölkəmizə qaytarılması ilə bağlı həyata keçirdiyiniz siyasətin nəticəsinin uğurlu olacağına inanırdıq, çünki Siz hər bir azərbaycanlının Prezidenti, hər bir zabitin və əsgərin Ali Baş Komandanı olduğunuzu öz əməlinizlə, gördüyünüz işlərinizlə sübut etmisiniz.
Cənab Prezident!
Biz inanırıq ki, Sizin komandanlığınızla Ramil Səfərov kimi mərd oğullarımız Qarabağımızın düşmənlərdən azad olunmasında öz sözlərini gerçək əməlləri ilə göstərəcəklər. Qarabağ qaziləri olaraq bizlər də bu yolda hər an öz gücümüzü göstərməyə hazırıq.
Uca Tanrı hər zaman köməyiniz olsun!
Dərin hörmətlə,
“Qarabağ Qaziləri” Birliyinin Ağdam rayon filialının üzvləri.
Azərbaycan Respublikası, Ağdam şəhəri, Quzanlı qəsəbəsi.