Raya Əliyevadan, Şəki, Azərbaycan
Çox hörmətli Prezidentimiz.
Mən əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun qızı, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun bacısıyam, I qrup əliləm.
Öncə, başda Siz olmaqla bütün xalqımızı böyük Qələbə münasibətilə ürəkdən təbrik edirəm.
Sizə bildirmək istəyirəm ki, şəhid ailələrinə və müharibə əlillərinə dövlətimiz tərəfindən göstərilən böyük diqqətdən və qayğıkeş münasibətdən bir şəhid bacısı kimi çox razıyam. Bu münasibət bizə təsəlli olmaqla yanaşı, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhuna müsbət təsir göstərir. Öz şəhidini, onun ailəsini heç vaxt unutmayan dövlət əlbəttə ki, qüdrətli olacaq, çətinliklərin öhdəsindən mətinliklə gələcəkdir.
Sizə yeni-yeni qələbələr arzulayıram.
Hörmətlə,
Əliyeva Raya,
Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun bacısı.
Azərbaycan Respublikası, Şəki rayonu, Oxud kəndi.