“Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanunu

15 noyabr 2023, 16:19

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikası 2021-ci il avqustun 26-da Abican şəhərində imzalanmış “Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na Azərbaycan Respublikasının ona dair bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) qoşulsun.

2. Bu Qanun qüvvəyə mindiyi gündən “Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1725-VQ nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1911) 1-ci maddəsi ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07