16 noyabr 2023, 18:13
Şəhid anasından, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan xalqı Sizin iradəniz, qətiyyətiniz və uzaqgörənliyiniz sayəsində ən böyük problemi olan Qarabağ məsələsini həll etdi.
Biz Sizinlə fəxr edirik. İnanırıq ki, bundan sonra da Sizin rəhbərliyinizlə milli maraqlarımız beynəlxalq müstəvidə ən yüksək səviyyədə qorunacaq və xalqımız, Vətənimiz üçün ən yaxşı, ən məqbul nəticələr əldə olunacaq.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident, biz şəhid ailələri hər zaman Sizinləyik.
Allah bu yolda yar və yardımçınız olsun.
Hörmətlə,
Ələkbərova Faidə Qənbər qızı, Vətən müharibəsi şəhidi Royal Ələkbərovun anası.
Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.