Vüsalə Əhmədovadan, Abşeron, Azərbaycan
Cənab Prezident.
Siz Azərbaycana rəhbərlik etdiyiniz ilk gündən etibarən respublikamızda böyük quruculuq, abadlıq işləri həyata keçirilir. İşğaldan azad olunmuş torpaqlarımız başda olmaqla, respublikamızın bütün şəhər və rayonlarında möhtəşəm tikinti və quruculuq işləri görülür, əhalinin rifahının və yaşayış səviyyəsinin yüksəlməsi müşahidə edilir. Vətənimizin ərazi bütövlüyü tam bərpa olunub. Hər bir Azərbaycan vətəndaşı Sizin rəhbərliyinizlə firavan həyat yaşayır.
Biz əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycanın inkişafı bundan sonra da sürətlə davam edəcək, əhalimiz təhlükəsiz şəkildə yaşayacaqdır.
Sizi Prezident seçilməyinizin 20 illiyi və Zəfər bayramı münasibətilə təbrik edir, dövlətimizin Sizin rəhbərliyinizlə daha çox uğurlar əldə edəcəyinə əmin olduğumu bildirirəm.
Hörmətlə,
Əhmədova Vüsalə Əlirza qızı, Vətən müharibəsi şəhidi Emil Əhmədovun həyat yoldaşı.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.