17 noyabr 2023, 15:31

Allahşükür Məmmədovdan, Bakı, Azərbaycan

Çox hörmətli Prezident.

Bu məktubu yazmaqda məqsədim Sizə şəxsən öz minnətdarlığı bildirməkdir. Sizin bu illər ərzində yürütdüyünüz daxili və xarici siyasətiniz sayəsində ölkəmiz bütün dünyada öz sözünü demişdir. Sizin qurduğunuz və ən güclü texnikalarla təchiz etdiyiniz, düşmənə qorxu yaşadan Ordumuzun cəsarəti və Sizin uzaqgörənliyiniz sayəsində Azərbaycan dünyada hərbi sahədə də güclü dövlət kimi tanınmışdır. Son 3 ildə dünya bunun bir daha şahidi oldu.

Bir azərbaycanlı olaraq bu ölkənin, bu xalqın bir parçası olduğum üçün hər zaman qürur duymuşam. Sizin sayənizdə xalqımız firavanlıq, əmin-amanlıq içində yaşayır. Həmçinin Sizin xalqımız üçün yaratdığınız xidmət sektorları da həm bu cəmiyyətə, həm də dövlətimizə böyük töhfələr vermişdir. Bunlardan biri də “ASAN xidmət”dir. “ASAN xidmət”in yaranması ilə ölkədə minlərlə gənc iş və təcrübə sahibi olmuşdur.

Hörmətli Prezident, Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı kimi Siz Azərbaycan vətəndaşlarının problemlərinə daim həssas yanaşmısınız, sadə insanların problemlərinin həlli məqsədilə hər bir sahədə böyük işlər görürsünüz. Bütün Azərbaycan xalqı kimi, bizim ailə də Sizə böyük rəğbət və sevgi bəsləyir. Bu sevgi Sizin qayğıkeşliyinizdən, hər bir problemə həssaslıqla yanaşmağınızdan, insanlara qarşı xeyirxahlığınızdan, gördüyünüz işlərin, əldə edilən nailiyyətlərin göz qabağında olmasından irəli gəlir.

Hər il noyabrın 8-də qəlbimiz fərəhlə dolub-daşır. Bu Qələbəni bizə bəxş etdiyiniz üçün Sizə və Ordumuza daim minnətdar olacağıq. Biz və bizdən sonra gələn nəsillər bu şanlı Qələbəni, bu tarixi heç vaxt unutmarıq və unutdurmarıq. Bir daha Sizə dərin təşəkkürlərimi çatdırmaqdan şərəf duyuram.

Azərbaycan xalqı Sizinlə fəxr edir.

Hörmətlə,

Məmmədov Allahşükür Valiəddin oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.