17 noyabr 2023, 11:06

Elşən Məmmədovdan, Moskva, Rusiya

Çox hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Məktubuma Ulu Öndər Heydər Əliyevin məşhur sözləri ilə başlamaq istəyirəm: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”.

Biz Vətəndən uzaqda yaşamağımıza baxmayaraq, hər zaman Sizi dəstəkləyirik və Sizin əmrlərinizi yerinə yetirmək üçün istənilən vaxt birləşməyə hazırıq.

Bu haqq yolunda Sizə və şanlı Ordumuza uğurlar arzulayırıq. Sizin haqq mübarizənizdə hamımız arxanızdayıq.

Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Məmmədov Elşən.

Rusiya Federasiyası, Moskva şəhəri.