21 noyabr 2023, 13:30
Aysel Məmmədovadan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin müvafiq göstəriş və tapşırıqlarınızla şəhid ailələrinin və qazilərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər uğurla davam etdirilir.
Mən Vətən müharibəsinin qazisi Ədalət Məmmədovun həyat yoldaşıyam. Bu günlərdə ailəmizin evlə təmin olunduğuna görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Biz Sizi daim özümüzə arxa, dayaq bilirik. Çünki böyük qayğı ilə əhatə olunmuşuq. Bütün şəhid ailələrinin və qazilərin mənzil-məişət şəraiti ildən ilə yaxşılaşır, gözəl şəraitli evlərlə təmin olunurlar.
Allah Sizi millətimizin üstündən əksik etməsin!
Allah Sizdən razı olsun!
Hörmətlə,
Məmmədova Aysel
Azərbaycan Respublikası, Gəncə şəhəri.