21 noyabr 2023, 15:41
Sədi Nəzərov, Aytən Əliyeva və Bəxtiyar Qurbanovdan, İsmayıllı, Azərbaycan
Hörmətli cənab Prezident.
2020-ci il 20 noyabr tarixi - Ağdamın azad olunduğu şanlı gün. Bu tarix xalqımız üçün qürur günüdür.
Bu şanlı tarix üçün Sizə təşəkkür edirik. Bu uğur Sizin diplomatik bacarığınızın nəticəsidir. Azərbaycan Ordusu və xalqı öz Prezidentinin ətrafında bir yumruq kimi birləşərək qəddar düşməni torpaqlarımızdan qovdu.
Sizin rəhbərliyinizlə Ağdam rayonu yenidən Azərbaycanın zəngin mədəniyyətinin, iqtisadiyyatının yüksək inkişaf etdiyi rayonlardan birinə çevrilməkdədir. Bütün dünya buna şahidlik edir.
Tanrı Sizi qorusun, dahi Rəhbər!
Ağdam rayon 30 saylı məktəbin kollektivi adından,
Hörmətlə,
Sədi Nəzərov,
Aytən Əliyeva,
Bəxtiyar Qurbanov,
Azərbaycan Respublikası, İsmayıllı rayonu.