Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Zəfər Günü münasibətilə Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.
Bu əlamətdar gün bizə Azərbaycan xalqının doğma Vətənin müdafiəsi uğrunda qəhrəmancasına mübarizəsini xatırladır. Sizin güclü liderliyiniz sayəsində qazandığınız bu strateji Qələbə nəticəsində təkcə Azərbaycan Respublikasının ərazi bütövlüyü deyil, həm də tarixi ədalət bərpa olundu. Builki bayram xüsusi əhəmiyyət daşıyır, belə ki, Azərbaycan qanuni ərazisi olan Qarabağ üzərində tam nəzarəti bərpa edib.
Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə bundan sonra da davamlı dəstək göstərəcək. Qoy, bu Zəfər regionda sülhü, sabitliyi, inkişafı və rifahı dönməz etsin!
Uzun illərdən bəri yüksələn xətlə inkişaf edən qardaşlıq münasibətlərimizin son vaxtlarda keçirilmiş yüksək səviyyəli görüşlər və xalqlar arasında təmaslar nəzərə alınmaqla çoxşaxəli əməkdaşlıq vasitəsilə gücləndirilməsi istiqamətində Sizinlə birgə işləməyə ümidvaram.
Zati-aliləri, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Arif Alvi
Pakistan İslam Respublikasının Prezidenti