Şəmsəddin Əhmədovdan, Ağdam, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Ötən ay Sizin Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20-ci ili tamam oldu. Bu müddət ərzində xalqımız, dövlətimiz üçün gördüyünüz misilsiz işlər hər zaman təqdir olunmaqdadır.
8 Noyabr - Zəfər Gününün məhz Xankəndi şəhərində qeyd olunacağı günü mən də bir ziyalı kimi həvəslə gözləyirdim və orada keçirilən hərbi paradı izləyərkən qürur duydum.
Sizin apardığınız siyasətə uyğun olaraq hər zaman rayonumuzun sakinlərinin, şəhid ailələrinin və müharibə iştirakçılarının problemlərinə çox böyük diqqət və qayğı ilə yanaşır, problemlərin həllinə kömək edirlər. Bütün bunlara görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.
Cənab Prezident, Ağdam rayon sakinləri adından, Yeni Azərbaycan Partiyasının bir gənc üzvi kimi şəxsən öz adımdan Sizi həm Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 iliyi, həm də ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edirəm.
Allah bu şərəfi bizə bəxş edən şəhidlərimizə rəhmət eləsin.
Yaşasın “dəmir yumruq”lu cənab İlham Əliyev!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Əhmədov Şəmsəddin Məhəddin oğlu
Azərbaycan Respublikası, Ağdam rayonu, Əfətli kəndi.