Araz Abbasovdan, Göygöl, Azərbaycan
Hörmətli cənab Prezident.
Ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına böyük hörmət və diqqət vardır. Şəhid adının əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün apardığınız işlər Sizin şəhid ailələrinə olan qayğınızdan irəli gəlir. Sizin rəhbərliyiniz altında müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı həyata keçirilir. Ötən dövr ərzində minlərlə şəhid ailəsi və müharibə əlili mənzillə və ya fərdi yaşayış evi ilə təmin olunmuşdur.
Cənab Ali Baş Komandan, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə bu zümrədən olan vətəndaşlar adından Sizə minnətdarlığımızı bildirirəm.
Ulu Tanrı hər zaman köməyiniz olsun!
Hörmətlə,
Abbasov Araz
Azərbaycan Respublikası, Göygöl şəhəri.