13 dekabr 2023, 10:35

Rəna Zeynalovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

Erməni əsirliyində olan hərbçilərimizin vəziyyəti bütün xalqımızı narahat edirdi. Amma qəlbimizdə yenə bir ümid var idi. Güman edirdik ki, Siz – hər bir azərbaycanlının Prezidenti bu işə də bir əncam çəkəcəksiniz. Ümidlərimiz və gümanlarımız həmişəki kimi, yenə də özünü doğrultdu. Hüseynin və Aqşinin azad ediləcəyi xəbəri xalqımızı növbəti dəfə sevindirdi.

Əziz Prezidentimiz, Sizin sayənizdə xalqımızın və dövlətimizin uğurları davamlı xarakter alıb. Sizə gələcək işlərinizdə də uğurlar və müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Zeynalova Rəna.

Azərbaycan Respublikası, Bakı şəhəri.