13 dekabr 2023, 12:30
Sahilə Hüseynovadan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Bir şəhid anası olaraq Gəncə şəhərində görülən işlərə görə Sizə minnətdarlığımı bildirirəm.
Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı, onların problemlərinin həll edilməsi çox təqdirəlayiq haldır. Mənə bu yaxınlarda üzləşdiyim çətinliklə əlaqədar kömək göstərildi və çox razı qaldım.
Əziz Prezidentimiz, biz şəhid ailələri hər zaman Sizin diqqət və qayğınızı hiss etmişik. Buna görə Sizə təşəkkürümü bildirirəm.
Hörmətlə,
Hüseynova Sahilə, şəhid anası.
Azərbaycan Respublikası, Gəncə şəhəri.