11 dekabr 2023, 17:11

Sərvinaz Məmmədovadan, Bakı, Azərbaycan

Hörmətli, gözəl qəlbli Mehriban xanım.

Sizə inanaraq, Sizi özümə ana bilərək bu ilin oktyabrında Sizə məktub yazıb babamın ürəyindən əməliyyat olunması ilə bağlı xahiş etmişdim. Siz mənim məktubumu cavabsız qoymadınız. Sizə çox minnətdaram. Allah Sizi başımızın üstündən əskik etməsin. Allah Sizi və balalarınızı qorusun.

Çox şükür ki, Sizin sayənizdə babamın əməliyyatı uğurla keçdi.

Mənimlə birlikdə babam, nənəm, bacım da Sizə dərin təşəkkürlərini bildirirlər. Bizə dəstəyiniz, bu yaxşılığınız ömür boyu qəlbimizdən silinməyəcək. Sizə deyiləsi sözlərimiz çoxdur, yazsaq, günlər belə yetməz.

Göydə Allaha, yerdə Sizə minnətdaram Mehriban xanım. Sizi çox sevirəm. Yaxşı ki, varsınız.

Hörmətlə,

Məmmədova Sərvinaz Ramin qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.