14 dekabr 2023, 10:00

Afət Məmmədovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin cəsarətiniz, qətiyyətli mövqeyiniz sayəsində bu gün Azərbaycan dünya dövlətləri arasında söz sahibinə çevrilib.

Hər bir Azərbaycan vətəndaşı bilir ki, ölkəmiz gündən-günə inkişaf edəcək, xalqımız firavan yaşayacaq, əmin-amanlıq olacaq. Biz çox xoşbəxtik ki, Sizin kimi xalqını düşünən, qətiyyətli Prezidentimiz var.

Düşmən əsirliyində saxlanılan Hüseyn Axundov və Aqşin Bəbirovun azadlığa qovuşacağı barədə xəbər Sizə olan sonsuz inam və güvəni daha da gücləndirdi.

Biz Sizinlə fəxr edirik!

Hörmətlə,

Məmmədova Afət.

Azərbaycan Respublikası, Bakı şəhəri.