İlham Əliyev Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışına həsr olunmuş qəbulda iştirak etmişdir

19 sentyabr 2012, 23:00
İlham Əliyev Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışına həsr olunmuş qəbulda iştirak etmişdir

Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasiminə həsr edilmiş qəbul olmuşdur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qəbulda iştirak etmişlər.

Tədbir iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Prezident İlham ƏLİYEV qəbulda çıxış edərək dedi:

-Hörmətli xanımlar və cənablar! Bu gün Fransa-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. Parisin mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzi öz işinə başlayır. Təsadüfi deyildir ki, ölkəmizin xaricdə birinci Mədəniyyət Mərkəzi məhz Fransanın paytaxtında açılır. Fransa-Azərbaycan əlaqələri çox uğurla, sürətlə inkişaf edir.

Bu gün səhər bu binanın həyətində Azərbaycan bayrağı qaldırılmışdır. Bu gün biz dostlarımızı qəbul edirik. Bu Mədəniyyət Mərkəzinin fəaliyyəti bizə imkan verəcəkdir ki, Azərbaycan öz zəngin mədəniyyətini, tarixini, incəsənətini fransalılara geniş şəkildə təqdim etsin. Əminəm ki, bu bina qısa bir müddətdə Fransa-Azərbaycan dostluq evinə çevriləcəkdir.

Fransa-Azərbaycan əlaqələrinin gözəl tarixi vardır və əminəm ki, bundan da gözəl gələcəyi olacaqdır. Dünən Fransa Prezidenti cənab Fransua Ollandla keçirdiyim görüş bir daha münasibətlərimizin strateji xarakterini təsdiq etdi. Bu gün səhər MEDEF-də Fransanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə iqtisadi sahədə qarşılıqlı marağın nə qədər böyük olmasının bir daha şahidi olduq.

Fransa Azərbaycanın ikinci ticarət tərəfdaşıdır və ticarətin həcmi ildən-ilə artmaqdadır. Bu gün biz Azərbaycanın bu mədəniyyət ocağında görüşürük və dostlarımızla təmasda oluruq. Bu fürsətdən istifadə edərək Fransa-Azərbaycan əlaqələrinin mədəniyyət sahəsindəki fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyevanın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Mehribanın təşəbbüsü ilə Fransanın mədəni irsinin qorunması üçün Strasburqda, Versalda, Normandiya bölgəsində müxtəlif layihələr icra edilmişdir. Onun təşəbbüsü ilə Azərbaycan mədəniyyət xadimlərinin Fransada konsertləri, sərgiləri təşkil edilmişdir. Keçən il Bakıda Fransız Liseyinin təməl daşı qoyulmuşdur. Bakıda möhtəşəm “Plaisirs de France” sərgisi keçirilmişdir. Bu mədəniyyət ocağının fəaliyyətə başlaması məhz Mehribanın təşəbbüsü ilə mümkün olmuşdur. Fransa dövləti onun fəaliyyətini çox yüksək qiymətləndirib və Mehribanı “Fəxri Legion” ordeni ilə təltif etmişdir.

Bu axşam doğrudan da Fransa-Azərbaycan dostluq axşamıdır. Bizim Fransada dostlarımız çoxdur. Bu binanın qapıları həmişə dostlarımızın üzünə açıq olacaqdır.

Bu gün bizimlə bərabər bu sevincli günü qeyd etmək üçün bu ziyafətə gəlmiş bütün dostları bir daha salamlayıram. Bütün fransalı dostlarımıza yeni uğurlar və cansağlığı arzulayıram. Sağ olun.

X X X

Azərbaycanın və Fransanın dövlət və hökumət rəsmilərinin, tanınmış ictimai-siyasi, mədəniyyət xadimlərinin və digər nüfuzlu qonaqların iştirak etdikləri qəbulda milli mətbəximizin ləziz təamları təqdim olundu.

Tədbir konsert proqramı ilə davam etdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 06 fevral 2025
15:58
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

06 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 06 fevral 2025
15:52
S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilsin.

İlham...

06 fevral 2025, 15:52
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:24
M.B.Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Muxtar Bahadur oğlu Babayev Azərbaycan...

05 fevral 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:22
M.B.Babayevin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...

05 fevral 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 05 fevral 2025
15:58
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial...

05 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
15:54
Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.

Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna...

05 fevral 2025, 15:54