15 dekabr 2023, 19:00

İki şəhidin bacısından, Goranboy, Azərbaycan

Bütün dünyaya öz Zəfəri ilə səs salan, bizi dünyada tanıdan, Xankəndidə bayrağımızı ucaldan, bayrağımızın qarşısında qürurla dayanıb düşmənə öz sözünü deyən hörmətli Prezidentimiz!

Biz Goranboy rayon Tap Qaraqoyunlu kənd sakinləri, bir qrup şəhid ailələri, Sizin tapşırıq və göstərişinizə əsasən vətəndaşları qəbul etmək üçün Goranboy rayonuna səfər etmiş dövlət qurumu rəhbərinin görüşündə olduq. Bizi səbirlə, təmkinlə dinləyib, problemimizin həlli üçün lazımi tapşırıq və göstərişlər verildi. Qısa müddət ərzində problemimiz öz həllini tapdı.

Cənab Prezident, bizə göstərilən diqqət və qayğıya görə Sizə sonsuz minnətdarıq. Məmurların bölgələrə gəlməsi, vətəndaşlarla bu cür maraqlanması, hər bir çətinliyimizə həssaslıq və xüsusi diqqətlə yanaşması ölkə başçısının öz vətəndaşlarına göstərdiyi diqqət və qayğının nəticəsidir. Özünüzün də dediyiniz kimi, Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz.

Yaşa-yaşa Müzəffər Ali Baş Komandan, qəhrəman Vətən Oğlu!

Hörmətlə,

Rahilə Abbasova, iki şəhidin bacısı.

Azərbaycan Respublikası, Goranboy rayonu, Tap Qaraqoyunlu kəndi.