Zəhra Əliyevadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Bu məktubum vasitəsilə Sizə və Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Siz ölkə vətəndaşlarının sağlamlığının qorunması və ən müasir tibbi xidmətlə təmin olunması üçün mühüm işlər görmüsünüz. Sizin təşəbbüsünüzlə yaradılan və xeyir-duanızla istifadəyə verilən “Yeni Klinika” da bu amala xidmət edir. Bu klinikanın açıldığı ilk gündən Sizin göstərişinizlə koronavirus xəstələrinin ixtiyarına verilməsi neçə-neçə vətəndaşımızın şəfa tapmasına vəsilə oldu. İndi isə vətəndaşlarımız müxtəlif xəstəliklərin müalicəsi və əməliyyatı üçün bu tibb ocağına üz tutur. Onlardan biri də mənəm. Bu yaxınlarda həmin klinikada uğurla əməliyyat olundum.
Bununla əlaqədar bir daha Sizə və Mehriban xanıma təşəkkür edirəm. Sizlərə, övladlarınıza və nəvələrinizə uzun ömür, daim möhkəm cansağlığı arzulayıram. Tanrının nəzərləri üzərinizdən əskik olmasın.
Hörmətlə,
Əliyeva Zəhra.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi.