14:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və...
11 yanvar 2025, 14:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
İcazə verin Rusiya Federasiyasının Soçi şəhərində və Krosnodar vilayətində yaşayan azərbaycanlıların adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edək. Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və doğma Azərbaycanın rifahı, tərəqqisi naminə gördüyünüz işlərdə uğurlar arzulayırıq.
Bu xoş fürsətdən istifadə edərək qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də Sizi təbrik edirik. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün dünya azərbaycanlılarının birlik rəmzi olan Həmrəylik Günü bu il xüsusilə əlamətdardır. Çünki ilk dəfə olaraq bu bayramı suverenliyimizin tam bərpa olunması şəraitində qeyd edəcəyik. Artıq Xankəndi də azaddır. Azərbaycan tam suveren bir dövlətdir.
Bu, əlbəttə, Sizin apardığınız uğurlu siyasətin nəticəsidir. Bu, Sizin “Dəmir yumruğ”unuz ətrafında sıx birləşmiş xalqımızın, müzəffər Ordumuzun qələbəsidir.
Cənab Ali Baş Komandan, biz Rusiyada yaşayan azərbaycanlılar Vətəndən kənarda olsaq da, qəlbimiz daim Azərbaycanla döyünür. Vətəndə baş verən prosesləri diqqətlə izləyir, gördüyünüz işləri alqışlayırıq. Soçi şəhərində və Krosnodar vilayətində yaşayan azərbaycanlılar 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizi dəstəkləyəcəklər. Biz çox xoşbəxtik ki, doğma Azərbaycanımıza Sizin kimi Prezident rəhbərlik edir. Sizin sayənizdə bu gün Azərbaycan dünya miqyasında tanınmış bir dövlətə çevrilib. Əminik ki, bu seçkilərdə də xalqımız yekdilliklə Sizə - Müzəffər Ali Baş Komandana səs verəcək. Sizin rəhbərliyinizlə ölkəmiz daha da inkişaf edəcək, böyük uğurlara imza atacaqdır.
Soçi şəhərində fəaliyyət göstərən “Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzi mədəniyyətimizi, dilimizi Rusiyada yaşayan azərbaycanlı gənclərimizə aşılamağı qarşıya məqsəd qoymuşdur. Eyni zamanda, Azərbaycanla bağlı xoş niyyətləri olan digər millətlərin nümayəndələrini də təşkilatımıza cəlb edərək onlarla birgə Azərbaycan mədəniyyətini, dilini, tarixini təbliğ etməyə çalışırıq.
Sizi bir daha təbrik edir, ən xoş arzularımızı çatdırırıq.
Hörmətlə,
İlqar Səlimov
Rusiyanın Soçi şəhərindəki Azərbaycan diasporunun rəhbəri,
“Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzinin sədri
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və...
11 yanvar 2025, 14:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə insanların həlak olmaları ilə bağlı xəbəri dərin kədər hissi ilə...
10 yanvar 2025, 18:46Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi barədə...
10 yanvar 2025, 18:33Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan zaman faciəvi şəkildə qəzaya uğraması və...
10 yanvar 2025, 17:56Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 10 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Milli Məkan Məlumatları” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin hüquqi, təşkilati...
10 yanvar 2025, 14:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının...
10 yanvar 2025, 14:44Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 10 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Rəqəmsal ekologiya” informasiya sisteminin (bundan sonra – REİS) fəaliyyətinin hüquqi, təşkilati və...
10 yanvar 2025, 14:42Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.
2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...
10 yanvar 2025, 14:40Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Kraliça Matilde ilə birlikdə Sizə və Azərbaycan xalqına Aktau şəhəri yaxınlığında baş...
10 yanvar 2025, 13:441. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...
10 yanvar 2025, 13:16