15:11
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.
28 aprel 2025, 15:11Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518; 2018, № 2, maddə 170, № 11, maddə 2249; 2019, № 1, maddə 75, № 8, maddə 1403; 2020, № 1, maddə 7, № 7, maddə 871, № 11, maddə 1348, № 12 (I kitab), maddə 1480; 2021, № 7, maddə 732, № 8, maddə 911, № 9, maddə 982; 2022, № 4, maddə 303; 2023, № 1, maddələr 50, 67, № 4, maddə 480) 3.5-ci bəndinə “bölmə” sözündən əvvəl “müavinə və” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236, № 8, maddə 901; 2014, № 9, maddə 1027; 2016, № 5, maddə 854, № 6, maddələr 1029, 1073; 2017, № 5, maddə 840, № 8, maddələr 1519, 1521; 2018, № 7 (I kitab), maddələr 1445, 1486, № 11, maddə 2287; 2019, № 1, maddə 76, № 4, maddə 655, № 6, maddə 1027, № 7, maddə 1211, № 8, maddə 1405; 2020, № 4, maddə 423, № 6, maddə 708; 2021, № 2, maddələr 121, 133, № 7, maddə 744, № 9, maddə 982; 2022, № 1, maddə 27, № 4, maddə 303; 2023, № 1, maddə 50, № 4, maddə 480, № 6, maddə 784, № 9, maddə 1292) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 1.9.14-1-ci yarımbənd əlavə edilsin:
“1.9.14-1. Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini;”;
2.2. 2.1.2-ci yarımbəndin 9-1-ci abzasına “Azərbaycan” sözündən əvvəl “Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini və” sözləri əlavə edilsin;
2.3. 2.1.6-cı yarımbəndin 8-ci abzasından, 2.1.7-ci yarımbəndin 2-ci abzasından və 2.3.3-cü yarımbəndin 1-ci abzasından “Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda və” sözləri çıxarılsın.
3. “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622; 2020, № 1, maddə 12, № 4, maddə 424, № 6, maddə 708; 2021, № 2, maddə 119, № 5, maddə 452, № 6 (I kitab), maddə 574; 2022, № 2, maddə 116, № 4, maddə 305, № 8, maddə 848, № 12, maddə 1436; 2023, № 3, maddə 374, № 4, maddə 479, № 7, maddə 947, № 8 (I kitab), maddə 1147) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə 1 – “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 5-ci hissəsinə “Xidməti rəisinin müavinləri,” sözlərindən sonra “Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini,” sözləri əlavə edilsin;
3.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı” üzrə:
3.2.1. 9.4-cü bənddən “, Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru” sözləri çıxarılsın;
3.2.2. 11.5-ci bənddə “və Sumqayıt” sözləri “, Sumqayıt hərbi prokuroru və Naxçıvan” sözləri ilə əvəz edilsin;
3.3. həmin Fərmanla təsdiq edilmiş Əlavə 3 – “Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 5-ci hissəsinə “Xidməti rəisinin müavinləri” sözlərindən sonra “, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 sentyabr tarixli 829 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1488) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 4.3-1-ci bənd əlavə edilsin:
“4.3-1. Təhlükəsizlik Şurası katibinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Təhlükəsizlik Şurası katibinin müavini Təhlükəsizlik Şurası katibinin ona həvalə etdiyi vəzifələri yerinə yetirir və buna görə şəxsən məsuliyyət daşıyır.”.
5. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 2715 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 208; 2009, № 2, maddə 66; 2016, № 6, maddə 1090; 2017, № 9, maddə 1699; 2018, № 7 (II kitab), maddə 1516; 2019, № 6, maddə 1125; 2020, № 1, maddə 58; 2021, № 2, maddə 150; 2022, № 8, maddə 926) ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2-ci hissəyə “Prezidentinin köməkçisi,” sözlərindən sonra “xüsusi tapşırıqlar üzrə nümayəndəsi,” sözləri əlavə edilsin;
5.2. 3-cü hissəyə “Xüsusi Tibb Xidməti rəisinin I müavini və müavinləri,” sözlərindən sonra “Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2023-cü il
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.
28 aprel 2025, 15:11Aprelin 28-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə mübadiləsi mərasimi olub.
Əvvəlcə Azərbaycan...
28 aprel 2025, 15:05Hörmətli konfrans iştirakçıları!
Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması...
28 aprel 2025, 10:08Hörmətli cənab Prezident.
Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak...
27 aprel 2025, 16:50Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
27 aprel 2025, 10:47Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə...
27 aprel 2025, 10:45Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik...
26 aprel 2025, 13:00XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı...
25 aprel 2025, 17:26