20:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi “Birlik” Azərbaycanlıların İctimai Birliyi adından doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Biz, Qırğızıstanda yaşayan azərbaycanlılar tarixi Vətənimizə böyük sevgi hissi bəsləyir, öz adət-ənənələrimizi, mədəniyyətimizi hər zaman əziz tuturuq.
Sizin komandanlığınızla 44 günlük Vətən müharibədə torpaqlarımızın işğaldan azad edildiyi 2020-ci il və antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edildiyi 2023-cü il bizim üçün müstəsna illər oldu. Bu möhtəşəm qələbələr Sizin - Müzəffər Ali Baş Komandanımızın parlaq strategiyası sayəsində əldə edildi. Bu gün Sizin düşünülmüş siyasətiniz sayəsində Azərbaycan güclü iqtisadiyyata və orduya malikdir. Qürur hissi ilə bildiririk ki, Sizin prezidentliyiniz dövründə Azərbaycan möhtəşəm qələbələr qazanıb.
Cənab Prezident, biz Sizin siyasətinizi dəstəkləyirik. İnanırıq ki, Azərbaycan Sizin rəhbərliyinizlə bundan sonra da sürətlə inkişaf edəcək, dünya siyasi arenasında öz mövqeyini daha da gücləndirəcək, yeni-yeni zəfərlər qazanacaq.
Fürsətdən istifadə edib Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirik. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayır, gələn ilin fevralında keçiriləcək prezident seçkilərində dəstəyimizi ifadə edirik.
Hörmətlə,
Xansıvar Baxşəliyev
Qırğızıstandakı “Birlik” Azərbaycanlıların İctimai Birliyinin sədri
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38Zati-həzrətləri.
Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası Zati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq.
Roma Papası Fransiskin simasında beynəlxalq...
21 aprel 2025, 14:13Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...
19 aprel 2025, 11:34PDF yükləyin
19 aprel 2025, 11:32Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
19 aprel 2025, 11:30Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...
19 aprel 2025, 11:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7...
19 aprel 2025, 11:26Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
19 aprel 2025, 11:24Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda...
19 aprel 2025, 11:22Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası...
19 aprel 2025, 11:20