15:11
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.
28 aprel 2025, 15:11Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1047-VIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 15.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 15.3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də üç ay müddətində müvafiq dəyişiklik edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1047-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072; 2017, № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; 2019, № 1, maddə 73, № 2, maddə 245, № 5, maddə 845, № 6, maddə 1036, № 7, maddə 1232, № 8, maddə 1397, № 11, maddə 1718, № 12, maddə 1935; 2020, № 3, maddə 247, № 6, maddə 717, № 8, maddə 1036; 2021, № 4, maddə 318, № 8, maddə 922, № 12, maddə 1403; 2022, № 7, maddə 762, № 8, maddə 871; 2023, № 3, maddə 361, № 5, maddə 650, № 7, maddələr 936, 958; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 noyabr tarixli 2360 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.49-1-ci yarımbənd əlavə edilsin:
“3.1.49-1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq, yekun tibbi müayinənin aparılmasını təmin etmək;”.
4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82; 2015, № 2, maddə 138, № 7, maddə 831, № 11, maddə 1320; 2016, № 6, maddə 1034, № 10, maddə 1612; 2017, № 12 (I kitab), maddələr 2282, 2294; 2018, № 11, maddə 2258; 2019, № 5, maddə 847; 2020, № 7, maddə 878, № 11, maddə 1349; 2021, № 1, maddə 36; 2022, № 4, maddələr 314, 324, № 8, maddə 871; 2023, № 1, maddə 84, № 3, maddə 344, № 4, maddə 471, № 7, maddələr 964, 982) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 5.1-ci bəndə “31.1-ci” sözlərindən əvvəl “15.3-cü maddəsinin birinci və ikinci cümlələrində,” sözləri əlavə edilsin;
4.2. 5.2-1 – 5.2-3-cü bəndlər müvafiq olaraq 5.2-2 – 5.2-4-cü bəndlər hesab olunsun və aşağıdakı məzmunda 5.2-1-ci bənd əlavə edilsin:
“5.2-1. həmin Qanunun 15.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
4.3. 5.13-cü bənddə “orqan (qurum)” dedikdə,” sözləri “və 15.3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qismində” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718; 2021, № 5, maddə 446, № 6 (I kitab), maddə 572, № 8, maddə 923, № 9, maddə 987, № 12, maddə 1403; 2022, № 4, maddələr 323, 329; 2023, № 4, maddə 493, № 7, maddə 936; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 noyabr tarixli 2358 və 2360 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi”nin 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3.1.14-cü yarımbənddə “çağırışyaşlı şəxslər” sözləri “çağırışçılar və hərbi vəzifəlilər” sözləri ilə əvəz edilsin;
5.2. aşağıdakı məzmunda 3.1.14-1-ci yarımbənd əlavə edilsin:
“3.1.14-1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq, yekun tibbi müayinəni aparmaq;”.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1047-VIQD nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.
7. Bu Fərman 2024-cü il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2023-cü il
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.
28 aprel 2025, 15:11Aprelin 28-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə mübadiləsi mərasimi olub.
Əvvəlcə Azərbaycan...
28 aprel 2025, 15:05Hörmətli konfrans iştirakçıları!
Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması...
28 aprel 2025, 10:08Hörmətli cənab Prezident.
Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak...
27 aprel 2025, 16:50Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
27 aprel 2025, 10:47Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə...
27 aprel 2025, 10:45Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik...
26 aprel 2025, 13:00XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı...
25 aprel 2025, 17:26