07 yanvar 2024, 15:15
Amil İsmayılovdan, Füzuli, Azərbaycan
Möhtərəm cənab Prezident.
Təbiət hadisələrinin təsiri nəticəsində evim yaşayış üçün yararsız vəziyyətə düşmüşdü. Bu, məni və ailə üzvlərimi çox narahat edir, qayğılandırırdı. Belə çətin bir vaxtda dövlətimiz tərəfindən bizə kömək olundu, qəzalı evimizin əvəzində yenisi tikildi.
Bu qədər işlərin görüldüyü bir dönəmdə mənim və digər vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycanın iqtisadi gücünü və qüdrətini bir daha göstərir.
Əziz Prezidentimiz, qəzalı evimin əvəzində yenisinin tikilməsinə kömək göstərildiyi üçün Sizə minnətdarlığımı bildirirəm.
Ulu Tanrı hər zaman köməyiniz olsun.
Hörmətlə,
İsmayılov Amil
Azərbaycan Respublikası, Füzuli rayonu, Qazaxlar kəndi.