09 yanvar 2024, 16:15
Həcər Ramazanovadan, Xocalı, Azərbaycan
Hörmətli cənab Prezidentim,
Sizə dərin hörmət və ehtiramımı ifadə edir, Xankəndi, Xocalı və onların ətrafındakı yaşayış məntəqələri ilə bağlı verdiyiniz müjdəli xəbərlərə görə minnətdarlığımı bildirirəm.
Azərbaycanın inkişafı, tərəqqisi və onun dünya birliyində qüdrətli ölkəyə çevrilməsi istiqamətində apardığınız daxili və xarici siyasətinizi dəstəkləyir, hər zaman Sizinlə qürur duyuram.
Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Ramazanova Həcər Ramazan qızı.
Azərbaycan Respublikası, Xocalı rayonu, Cəmilli kəndi.