17 yanvar 2024, 12:22

Firəngiz Bağırovadan, Haaqa, Niderland

Hörmətli cənab Prezident,

Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti olaraq 7 fevral 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan növbədənkənar prezident seçkilərində Sizin – Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin namizədliyini dəstəkləyirik.

Niderlandda yaşayan həmvətənlərimizi növbədənkənar prezident seçkilərində fəal iştiraka dəvət edirik.

Şəxsən özüm Müzəffər Ali Baş Komandanı, Qarabağ Zəfərini bizə yaşadan, müdrik xarici və daxili siyasəti olan İlham Heydər oğlu Əliyevi dəstəkləyirəm!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Biz həmişə Sizinləyik!

Hörmətlə,

Bağırova Firəngiz,

Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri.

Niderland Krallığı, Haaqa şəhəri.