Hafiz Baxşəliyevdən, London, Böyük Britaniya
Hörmətli cənab Prezident,
Britaniya Azərbaycanlıları Assosiasiyası adından 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Sizə dəstəyimizi bildirirəm.
Sizin prinsipial və qətiyyətli mövqeyiniz işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsində və xalqımızın tarixi qələbəsinin təmin olunmasında mühüm rol oynayıb. Bu zəfər təkcə 30 ilə yaxın işğala son qoymayıb, həm də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyini tam bərpa olunması ilə nəticələnib. Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində mühüm işlər görülür.
Cənab Prezident, hakimiyyətdə olduğunuz son 20 il mühüm diplomatik nailiyyətlərlə – Azərbaycanın qlobal nüfuzunun yüksəldilməsi, xalqımızın təhlükəsizliyini və beynəlxalq əlaqələrini gücləndirən tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi ilə yadda qalıb. Britaniya Azərbaycanlıları Assosiasiyası olaraq Sizin nailiyyətlərinizlə böyük qürur duyuruq.
Biz, firavan, güclü və dünya miqyasında nüfuza malik Azərbaycan üçün baxışlarınızla həmrəyik. İnanırıq ki, Sizin davamlı rəhbərliyiniz xalqımızı daha da yüksəldəcək, bütün azərbaycanlılar üçün sülh, sabitlik və firavanlığı təmin edəcək.
Prezident seçkilərinin yaxınlaşdığı bir zamanda Sizə ən xoş arzularımızı bildirir və sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik. Sizin rəhbərliyiniz dünya azərbaycanlıları üçün ümid və güc çırağının rəmzidir.
Dərin hörmətlə,
Baxşəliyev Hafiz,
Britaniya Azərbaycan Assosiasiyasının sədri.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, London şəhəri.