Kamran Rüstəmovdan, Moskva, Rusiya
Hörmətli cənab Prezident,
SSRİ-nin süqutundan sonra Azərbaycanda ilk dəfə ölkənin beynəlxalq səviyyədə tanınmış, tam bərpa edilmiş ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçiriləcək.
Bu, ölkənin son 20 ildə düşünülmüş siyasətlə idarə edilməsinin sayəsində mümkün oldu. Azərbaycan məhz bu idarəçiliyin sayəsində beynəlxalq aləmdə sabit, balanslaşdırılmış yeni xarici siyasət strukturu qura bildi. Bu gün Azərbaycan güvənli, təkcə regionda deyil, onun hüdudlarından kənarda da iqtisadiyyatda və transmilli nəqliyyat-logistika sistemində mühüm rol oynayan bir ölkədir.
Dörd böyük sivilizasiyanın - zərdüştilik, yəhudilik, xristianlıq və İslam dinləri əsasında formalaşmış milli siyasət Azərbaycan xalqına millətlərarası münasibətləri genişləndirməyə və dərinləşdirməyə imkan verdi. Azərbaycan sülh və tərəqqi nümunəsinə çevrilib. Bütün bunlar Sizin ölkə Prezidenti kimi yorulmaz, düşünülmüş fəaliyyətinizin nəticəsidir. Ona görə də İlham Əliyev yeni, azad, suveren Azərbaycanın birinci Prezidenti seçilməlidir!
Mən bütün Azərbaycan xalqını fevralın 7-də seçkiyə getməyə və İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram!
Hörmətlə,
Kamran Rüstəmov,
Texniki elmlər doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, Rusiya Memarlıq və İnşaat Elmləri Akademiyasının əcnəbi üzvü, Azərbaycan Respublikası və Rusiya Federasiyası Jurnalistlər İttifaqlarının üzvü.
Rusiya Federasiyası, Moskva şəhəri.