23 yanvar 2024, 17:40

Royala Amiral-Mudidən, Lids, Böyük Britaniya

Hörmətli cənab Prezident,

Mən Böyük Britaniyadakı Azərbaycan icmasının fəalı kimi bu il fevralın 7-də keçiriləcək prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyirəm. Sizin rəhbərliyinizlə Azərbaycan ciddi nailiyyətlər əldə edib, beynəlxalq miqyasda nüfuzu artaraq söz sahibi olan dövlətlərdən birinə çevrilib.

Növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərarın verilməsi zamanında atılmış bir addımdır. Seçkilərin Azərbaycan üçün daha parlaq gələcək vəd edən yeni mərhələnin başlandığı bir vaxtda keçirilməsi olduqca önəmlidir. İnanırıq ki, Azərbaycan modernləşmə yolu ilə irəliləyərək gələcəkdə daha böyük uğurlar qazanacaqdır. Qarşıya qoyulan hədəflərə isə yalnız Sizin kimi güclü və uzaqgörən bir Liderlə nail olmaq mümkündür. Prezident kimi ötən illər ərzində gördüyünüz misilsiz işlər Sizin Azərbaycanı daim uğurlara doğru aparacaq alternativsiz Lider olduğunuzu deməyə əsas verir. Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi, reallaşdırılan mühüm layihələr, COP29-un Bakıda keçirilməsi barədə qərar – bütün bunlar böyük uğurlardır.

Cənab Prezident, Sizə cansağlığı, Azərbaycanın davamlı tərəqqisi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Royala Amiral-Mudi,

Britaniyadakı Azərbaycan icmasının fəalı.

Böyük Britaniya, Lids şəhəri.