12:45
Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi...
28 aprel 2025, 12:45Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 1.1.37-ci, 1.1.46-cı, 4.4-cü (hər iki halda) maddələrində, 8.2-ci maddəsinin ikinci cümləsində, 9.2-ci (hər üç halda), 9.3-cü maddələrində, 11.5-ci maddəsinin ikinci cümləsində, 13.2-ci, 13.6-cı, 15.3-cü, 15.6-cı, 16.7-ci, 27.2-ci, 27.3-cü, 28.6-cı maddələrində, 29.7-ci maddəsinin birinci cümləsində, 30.2-ci maddəsində, 33.3-cü maddəsinin birinci cümləsində, 34.4-cü, 36.2-ci, 37.1-ci maddələrində, 39.3-cü maddəsinin ikinci cümləsində, 39.7-ci, 39.12-ci, 44.1.3-cü, 44.2-ci maddələrində, 44.3-cü və 46.1-ci maddələrinin ikinci cümlələrində, 48.3-cü, 48.8-ci, 65.10-cu, 77.8-ci və 77.14-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 4.4-cü (hər iki halda) maddəsində, 11.5-ci maddəsinin ikinci cümləsində, 13.2-ci, 15.6-cı, 27.3-cü, 28.6-cı, 48.3-cü, 48.8-ci, 65.10-cu və 77.14-cü maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.3. həmin Məcəllənin 1.1.46-cı maddəsində, 8.2-ci maddəsinin ikinci cümləsində, 9.3-cü maddəsində, 13.6-cı, 15.3-cü, 16.7-ci, 27.2-ci, 30.2-ci maddələrində, 33.3-cü maddəsinin birinci cümləsində, 36.2-ci maddəsində, 39.3-cü maddəsinin ikinci cümləsində, 39.7-ci, 39.12-ci, 44.2-ci maddələrində, 44.3-cü və 46.1-ci maddələrinin ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Məcəllənin 9.2-ci (ikinci və üçüncü hallarda) və 34.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Məcəllənin 1.1.37-ci maddəsində və 9.2-ci maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Məcəllənin 29.7-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.7. həmin Məcəllənin 37.1-ci, 44.1.3-cü və 77.8-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və təmin edilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. aşağıdakı normativ hüquqi aktları altı ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin:
2.4.1. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 4.4-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən halları, fəaliyyət sahələrini və məhsulları;
2.4.2. həmin Məcəllənin 11.5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olmasına və ya ola bilməsinə dair meyarları;
2.4.3. həmin Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, sazişlərin həmin Məcəllənin 13.1-ci maddəsində qeyd olunan şərtlərə cavab verməsinə dair meyarları, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair meyarları;
2.4.4. həmin Məcəllənin 15.6-cı maddəsinə uyğun olaraq, müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi qaydasını;
2.4.5. həmin Məcəllənin 27.3-cü və 28.6-cı maddələrinə uyğun olaraq, müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi və təmərküzləşmələrin qiymətləndirilməsi qaydasını;
2.4.6. həmin Məcəllənin 48.3-cü və 48.8-ci maddələrinə uyğun olaraq, rəqabət orqanı tərəfindən bazar subyektlərində və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydalarını;
2.4.7. həmin Məcəllənin 65.10-cu maddəsinə uyğun olaraq, həmin Məcəllənin 65-ci maddəsinə əsasən götürülmüş malların digər məqsədlər üçün istifadəsi, satılması, qaytarılması, məhv edilməsi və ya dəyərinin ödənilməsi qaydalarını;
2.4.8. həmin Məcəllənin 77.14-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin 77.1–77.3-cü, 77.5-ci və 77.12-ci maddələrində qeyd edilmiş hər bir hal üçün işin xüsusiyyətinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarlarını və qaydalarını;
2.5. aşağıdakı normativ hüquqi aktları dörd ay müddətində təsdiq edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin:
2.5.1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 8.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydalarını;
2.5.2. həmin Məcəllənin 9.3-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin 9.2-ci maddəsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydasını;
2.5.3. həmin Məcəllənin 13.6-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 13.5-ci maddəsi əsasında sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi qaydalarını;
2.5.4. həmin Məcəllənin 15.3-cü maddəsinə uyğun olaraq, rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının təklifi əsasında maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini (bazar payının hədləri və müəyyən edilməsi meyarları);
2.5.5. həmin Məcəllənin 16.7-ci maddəsinə uyğun olaraq, hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi qaydalarını;
2.5.6. həmin Məcəllənin 27.2-ci maddəsinə uyğun olaraq, rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının təklifi əsasında maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarları (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyəri, ümumi dövriyyəsinin həcmi);
2.5.7. həmin Məcəllənin 30.2-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 30.1-ci maddəsində nəzərdə tutulan ərizənin formasını;
2.5.8. həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında təbii inhisar subyektlərinin siyahısını;
2.5.9. həmin Məcəllənin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma qaydasını;
2.5.10. həmin Məcəllənin 39.7-ci maddəsinə uyğun olaraq, təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının formasını və təqdim edilmə qaydasını;
2.5.11. həmin Məcəllənin 44.2-ci maddəsinə və 44.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması, monitorinqin nəticələrinə dair aktın forması və tərtib edilməsi qaydasını;
2.5.12. həmin Məcəllənin 46.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, araşdırmanın nəticələrinə dair aktın formasını;
2.6. “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. Bu Fərmanın 1-ci hissəsi 2024-cü il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 yanvar 2024-cü il
Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi...
28 aprel 2025, 12:45Hörmətli konfrans iştirakçıları!
Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması...
28 aprel 2025, 10:08Hörmətli cənab Prezident.
Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak...
27 aprel 2025, 16:50Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
27 aprel 2025, 10:47Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə...
27 aprel 2025, 10:45Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik...
26 aprel 2025, 13:00XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı...
25 aprel 2025, 17:26Azərbaycanda şəhərsalma fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin...
25 aprel 2025, 17:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 427-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi...
25 aprel 2025, 17:22Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə...
25 aprel 2025, 17:20Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının...
25 aprel 2025, 17:18