Eldar Abdinovdan, Ekibastuz, Qazaxıstan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Sizə olan dərin hörmət və ehtiramı qəbul etməyinizi xahiş edirəm.
Azərbaycanın dünyada geosiyasi çəkisi durmadan artır. Sizin təşəbbüsünüzlə Azərbaycanın həyata keçirdiyi layihələr çoxlu sayda ölkələrin liderləri tərəfindən böyük məmnuniyyətlə təqdir olunur.
Bu gün Azərbaycanla Qazaxıstan arasında etimada və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlər mövcuddur. Əminik ki, iki ölkə xalqlarının rifahı və strateji tərəfdaşlığının möhkəmlənməsi bundan sonra da fəal inkişaf edəcək.
Sizin strategiyanız sayəsində əldə edilən sürətli inkişafla yanaşı, Azərbaycan müasir dünya tarixinə adını öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə nail olmuş ilk dövlət kimi yazıb. Torpaqlarımızın işğaldan azad olunması ilə dünya Azərbaycanın gücünü bir daha gördü. Bu şanlı Qələbədə qətiyyətli addımlarınız dünya azərbaycanlılarının Sizə sevgisini və inamını daha da artırıb.
Mən 6 dəfə Ekibastuz şəhəri Milli Məclisinin deputatı seçilərək Azərbaycan–Qazaxıstan münasibətlərinin daha da möhkəmlənməsi üçün fəallıq göstərmişəm. Bununla yanaşı, Ekibastuz şəhərinin fəxri vətəndaşı olaraq diaspor işində də əməyimi əsirgəməmişəm.
Qazaxıstandakı azərbaycanlılar birlik nümayiş etdirərək Sizin siyasətinizi və qarşıdan gələn prezident seçkilərində namizədliyinizi dəstəkləyir. Ali Baş Komandan olaraq Sizin hər hansı çağırışınıza qürur hissi ilə əməl etməyə hazırıq.
Bütün niyyət və istəklərinizin uğurla həyata keçməsini arzu edirəm.
Hörmətlə,
Abdinov Eldar,
Qazaxıstanın Əmanət Partiyasının Ekibastuz şəhər filialının partiya nəzarət komitəsinin sədri,
Əməkdar təqaüdçü.
Qazaxıstan Respublikası, Ekibastuz şəhəri.