Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

25 yanvar 2024, 16:39

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016, № 11, maddələr 1761, 1763, № 12, maddə 2047; 2017, № 2, maddə 155, № 4, maddə 523, № 5, maddələr 706, 750, № 11, maddələr 1935, 1975; 2018, № 5, maddə 879, № 8, maddə 1672, № 11, maddələr 2209, 2225, № 12 (I kitab), maddələr 2524, 2534; 2019, № 1, maddə 23, № 5, maddələr 792, 812, № 7, maddə 1197, № 12, maddələr 1897, 1907; 2020, № 7, maddə 832, № 11, maddə 1333; 2021, № 4, maddə 309, № 7, maddələr 711, 713, № 8, maddə 894, № 12, maddə 1346; 2022, № 6, maddə 580, № 8, maddə 828; 2023, № 1, maddələr 19, 23, 40, № 2, maddə 200, № 6, maddə 742, № 7, maddə 892, № 8 (I kitab), maddə 1111; Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1008-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.6-cı maddədə “Kommersiya mübahisələri, həmçinin ailə” sözləri “Ailə” sözü ilə əvəz edilsin.

2. 29-cu maddə üzrə:

2.1. adında “münsiflər” sözü “arbitraj” sözü ilə əvəz edilsin;

2.2. mətnində “münsiflər” sözü “arbitraj” sözü ilə əvəz edilsin və həmin maddədən “, işdə iştirak edən şəxslərin yazılı razılığı ilə” sözləri çıxarılsın.

3. 73.3-cü maddə ləğv edilsin.

4. 74.2-ci maddədə, 167.1.5-ci maddədə və 183-cü maddənin üçüncü cümləsində “münsiflər” sözü “arbitraj” sözü ilə əvəz edilsin.

5. 85.1-ci maddəyə “şəxslər” sözündən sonra “, o cümlədən arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi” sözləri əlavə edilsin.

6. 86-cı maddə üzrə:

6.1. 86.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi ərizəni arbitrajın yeri üzrə kommersiya məhkəməsinə, arbitrajın yeri müəyyənləşdirilməmişdirsə və ya xarici ölkədədirsə, yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsinə də verə bilərlər.”;

6.2. 86.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi tərəfindən sübutların təmin edilməsi haqqında ərizənin verilməsinə həmçinin bu Məcəllənin 479-cu və 480-ci maddələrinin tələbləri tətbiq edilir.”.

7. 87-ci maddə üzrə:

7.1. 87.3-cü maddəyə “şəxslər” sözündən sonra “, həmçinin arbitraj icraatının tərəfləri və ya ərizənin arbitraj məhkəməsi tərəfindən verildiyi halda arbitraj məhkəməsi” sözləri əlavə edilsin;

7.2. 87.5-ci maddəyə “məhkəməyə” sözündən sonra “, həmçinin ərizə arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi tərəfindən verildikdə, arbitraj məhkəməsinə” sözləri, “və işdə iştirak edən şəxslərə” sözlərindən sonra “və ya arbitraj icraatının tərəfləri və yaxud arbitraj məhkəməsinə” sözləri əlavə edilsin.

8. 104.4.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 104.4.7-ci maddə əlavə edilsin:

“104.4.7. arbitraj icraatı zamanı məlum olan hallar barədə – arbitrlər.”.

9. 108-ci maddə üzrə:

9.1. 108.1.5-ci maddəyə “verildikdə” sözündən sonra “(arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizələr istisna olmaqla)” sözləri əlavə edilsin;

9.2. 108.1.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 108.1.10 – 108.1.14-cü maddələr əlavə edilsin:

“108.1.10. arbitraja münasibətdə yardım və nəzarət funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizələr verildikdə;

108.1.11. müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizələr verildikdə;

108.1.12. arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizələr verildikdə;

108.1.13. yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizələr verildikdə;

108.1.14. xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizələr verildikdə.”.

10. 120-ci maddənin birinci cümləsindən “və ya iddiaya qarşı mübahisə etmiş” və “və ya dövlətin” sözləri çıxarılsın.

11. 153.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“153.2.3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa;”.

12. 157-ci maddə üzrə:

12.1. 157.1-ci maddəyə “şəxslərin” sözündən sonra “və ya arbitraj mübahisəsi tərəfinin” sözləri əlavə edilsin;

12.2. 157.2-ci maddəyə “cavabdehin” sözündən sonra “, arbitraj mübahisəsi tərəfinin” sözləri əlavə edilsin;

12.3. 157.3-cü maddəyə “gedişində” sözündən sonra “, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı” sözləri əlavə edilsin;

12.4. 157.4-cü maddənin birinci cümləsinə “verilənədək” sözündən sonra “və ya arbitraj icraatının başlanılmasına qədər” sözləri, üçüncü cümləsinə “verilərsə” sözündən sonra “və ya arbitraj icraatı başlanarsa” sözləri əlavə edilsin;

12.5. aşağıdakı məzmunda 157.8-ci və 157.9-cu maddələr əlavə edilsin:

“157.8. Arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verilən məhkəmə belə ərizəni vermiş arbitraj mübahisəsi tərəfindən uyğun təminatın verilməsini tələb edə bilər. Təminat məhkəmənin mülahizəsinə əsasən bank qarantiyası formasında və ya təminat üçün müəyyən edilmiş pul məbləğinin notariusun depozit hesabına qoyulması yolu ilə təqdim edilə bilər. Belə təminatın təqdim edilməməsi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin rədd edilməsi üçün əsasdır.

157.9. Arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəyə həmçinin bu Məcəllənin 479-cu maddəsində müəyyən edilmiş tələblər tətbiq edilir.”.

13. 158-ci maddə üzrə:

13.1. 158.1.1-ci maddəyə “cavabdehdə” sözündən sonra “və ya arbitraj mübahisəsi tərəfində” sözləri, “cavabdehə” sözündən sonra “və ya arbitraj mübahisəsi tərəfinə” sözləri əlavə edilsin;

13.2. 158.1.2-ci maddəyə “cavabdehə” sözündən sonra “və ya arbitraj mübahisəsi tərəfinə” sözləri əlavə edilsin;

13.3. 158.3.1-ci maddəyə “cavabdehin” sözündən sonra “və ya arbitraj mübahisəsi tərəfinin” sözləri əlavə edilsin;

13.4. 158.4-cü maddəyə “Cavabdehin” sözündən sonra “və ya arbitraj mübahisəsi tərəfinin” sözləri əlavə edilsin;

13.5. 158.6-cı maddəyə “şəxslər” sözündən sonra “və ya arbitraj mübahisəsində maraqlı şəxslər” sözləri əlavə edilsin.

14. 159-cu maddə üzrə:

14.1. 159.3-cü maddəyə “şəxslərə” sözündən sonra “və ya arbitraj mübahisəsi tərəfinə” sözləri əlavə edilsin;

14.2. 159.4.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 159.4.3-cü maddə əlavə edilsin:

“159.4.3. arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə bu Məcəllənin 479-cu maddəsində müəyyən edilmiş tələblərə cavab vermədikdə.”;

14.3. 159.5-ci maddədə “159.4.1-ci və 159.4.2-ci” sözləri “159.4.1 – 159.4.3-cü” sözləri ilə əvəz edilsin.

15. 161-ci maddə üzrə:

15.1. 161.1-ci maddəyə “şəxsin” sözündən sonra “və ya arbitraj mübahisəsi tərəfinin” sözləri əlavə edilsin;

15.2. 161.2-ci və 161.3-cü maddələr müvafiq olaraq 161.3-cü və 161.4-cü maddələr hesab edilsin və aşağıdakı məzmunda 161.2-ci maddə əlavə edilsin:

“161.2. Arbitraj mübahisəsi tərəfləri müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsas olmuş hallarda baş vermiş əhəmiyyətli dəyişikliklər, habelə arbitraj icraatının başa çatması və mübahisəni mahiyyəti üzrə həll edən yekun arbitraj qərarının çıxarılması barədə məhkəməyə dərhal məlumat verməlidirlər. Məhkəmə bu halları qiymətləndirdikdən sonra öz mülahizəsi əsasında müvəqqəti təminat tədbirinin bir növünün digəri ilə əvəz edilməsi barədə qərardad qəbul edə bilər.”;

15.3. 161.3-cü maddənin ikinci cümləsinə “İşdə iştirak edən şəxslər” sözlərindən sonra “və ya arbitraj mübahisəsi tərəfləri” sözləri əlavə edilsin.

16. 162-ci maddə üzrə:

16.1. 162.1-ci maddəyə “şəxslərin,” sözündən sonra “arbitraj mübahisəsi tərəflərinin,” sözləri əlavə edilsin;

16.2. 162.2-ci maddənin ikinci cümləsinə “şəxslər” sözündən sonra “və ya arbitraj mübahisəsinin tərəfləri” sözləri əlavə edilsin;

16.3. aşağıdakı məzmunda 162.5-ci maddə əlavə edilsin:

“162.5. Arbitraj mübahisəsi tərəfləri müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsas olmuş hallarda baş vermiş əhəmiyyətli dəyişikliklər, habelə arbitraj icraatının başa çatması və mübahisəni mahiyyəti üzrə həll edən yekun arbitraj qərarının çıxarılması barədə məhkəməyə dərhal məlumat verməlidirlər. Məhkəmə bu halları qiymətləndirdikdən sonra öz mülahizəsi əsasında müvəqqəti təminat tədbirinin ləğvi, habelə müvəqqəti təminat tədbirinin nə zaman qüvvədən düşəcəyi barədə qərardad qəbul edir.”.

17. 164-cü maddənin mətni 164.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 164.2-ci maddə əlavə edilsin:

“164.2. Müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsasların olmadığı sonradan müəyyən edilərsə, arbitraj mübahisəsində maraqlı şəxs məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini bu tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə ərizə vermiş tərəfdən məhkəmə qaydasında tələb edə bilər.”.

18. 255.0.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 255.0.8-ci maddə əlavə edilsin:

“255.0.8. arbitraj qərarının ləğv edilməsi üçün müraciət edilən məhkəmənin arbitraj məhkəməsinə arbitraj icraatını yenidən başlamaq və ya arbitraj məhkəməsinin mövqeyinə əsasən, arbitraj qərarının ləğv edilməsinə əsas olan halları aradan qaldıracaq digər hərəkətləri etmək imkanı verməyi məqsədəuyğun hesab etdiyi hallarda.”.

19. 259.0.5-ci maddədə “münsiflər məhkəməsində baxılması üçün müqavilə” sözləri “arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi” sözləri ilə, “cavabdeh” sözü “tərəflərdən hər hansı biri” sözləri ilə əvəz edilsin və həmin maddəyə “olarsa” sözündən sonra “, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın” sözləri əlavə edilsin.

20. 261.0.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“261.0.6. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa;”.

21. 47-ci fəslin adında “və arbitrajların qətnamələrinin icrası və tanınması” sözləri “qətnamələrinin tanınması və icrası” sözləri ilə əvəz edilsin.

22. 462-ci maddə üzrə:

22.1. adında “və arbitrajların qətnamələrinin icrası və tanınması” sözləri “qətnamələrinin tanınması və icrası” sözləri ilə əvəz edilsin;

22.2. mətnindən “və arbitrajlarının” sözləri çıxarılsın və həmin maddədə “icra edilə və tanına” sözləri “tanına və icra edilə” sözləri ilə əvəz edilsin.

23. 463-cü maddənin mətnindən “və arbitrajlarının” və “arbitraj məhkəmələrinin qətnamələri,” sözləri çıxarılsın.

24. 464-cü maddə üzrə:

24.1. adında “və arbitraj qətnamələrinin icrası və tanınması” sözləri “qətnamələrinin tanınması və icrası” sözləri ilə əvəz edilsin;

24.2. mətnində “dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması” sözləri “dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması” sözləri ilə əvəz edilsin.

25. 465-ci maddə üzrə:

25.1. adında “və arbitrajlarının qətnamələrini məcburi qaydada icra etməkdən və tanımaqdan” sözləri “qətnamələrini tanımaqdan və məcburi qaydada icra etməkdən” sözləri ilə əvəz edilsin;

25.2. 465.2-ci maddənin birinci və ikinci cümlələrində “məcburi icrası və tanınması” sözləri “tanınması və məcburi icrası” sözləri ilə əvəz edilsin.

26. 50-ci fəslin adı aşağıdakı redaksiyada verilsin:

“Fəsil 50

XARİCİ ARBİTRAJ MƏHKƏMƏLƏRİNİN QƏRARLARININ TANINMASI VƏ İCRASI”.

27. 474-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası qaydası “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” 1958-ci il 10 iyun tarixli Nyu-York Konvensiyası, “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu və bu fəslin müddəaları ilə tənzimlənir.”.

28. Aşağıdakı məzmunda 474-1-ci maddə əlavə edilsin:

“Maddə 474-1. Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası barədə ərizələrə baxan məhkəmə

Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.”.

29. 475-ci və 476-cı maddələr aşağıdakı redaksiyada verilsin:

“Maddə 475. Xarici arbitraj məhkəməsinin qərarının tanınması və icrası barədə ərizə

475.1. Ərizə məhkəməyə yazılı şəkildə verilir.

475.2. Ərizədə aşağıdakılar göstərilməlidir:

475.2.1. ərizənin verildiyi məhkəmənin adı;

475.2.2. arbitraj sazişinin tərəflərinin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı) və yaşadıqları (hüquqi şəxslərin olduqları) yer, olduğu halda – telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı;

475.2.3. qərarı qəbul etmiş xarici arbitraj məhkəməsinin tərkibi;

475.2.4. daimi arbitraj təşkilatının adı və olduğu yer (əgər arbitraj prosesini daimi arbitraj təşkilatı idarə etmişdirsə);

475.2.5. arbitraj məhkəməsi qərarının tarixi və yeri;

475.2.6. arbitraj məhkəməsi qərarının tanınması və icrası tələbi;

475.2.7. əlavə edilən sənədlərin siyahısı.

475.3. Ərizə onu təqdim edən şəxs (şəxslər) və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

475.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

475.4.1. ərizənin cavabdeh tərəfindən alındığını təsdiq edən sübutlar;

475.4.2. arbitraj məhkəməsinin qərarı və ya onun notariat qaydasında təsdiq edilmiş surəti və yaxud arbitraj icraatı daimi arbitraj təşkilatı tərəfindən idarə edildikdə, arbitraj qərarının həmin icraatı idarə edən daimi arbitraj təşkilatı tərəfindən təsdiq edilmiş nüsxəsi;

475.4.3. arbitraj sazişi və ya onun notariat qaydasında təsdiq edilmiş surəti, yaxud bu mümkün olmadıqda, arbitraj sazişinin bağlandığını təsdiqləyən hər hansı sənəd;

475.4.4. müraciətin əsaslılığını təsdiq edən sənədlər;

475.4.5. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;

475.4.6. arbitraj məhkəməsinin qərarı və ya arbitraj sazişi xarici dildədirsə, bu sənədlərin Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi;

475.4.7. ərizənin surəti.

Maddə 476. Xarici arbitraj məhkəməsinin qərarını tanımaqdan və ya icra etməkdən imtina

476.1. Xarici arbitraj məhkəməsinin qərarının tam və ya qismən tanınmasından və ya icra edilməsindən yalnız aşağıdakı hallarda imtina edilə bilər:

476.1.1. əleyhinə qərar çıxarılmış tərəf tanınma və ya icra haqqında ərizəyə baxan məhkəməyə aşağıdakı sübutları təqdim etdikdə:

476.1.1.1. arbitraj sazişinin tərəflərindən birinin ona münasibətdə tətbiq edilən qanunvericiliyə uyğun olaraq həmin sazişin bağlandığı vaxtda fəaliyyət qabiliyyəti olmayan şəxs olması və ya arbitraj sazişinin tərəflərin həmin sazişə tətbiq etdikləri qanunvericiliyə və ya sazişdə belə göstəriş olmadıqda arbitraj qərarının çıxarıldığı dövlətin qanunvericiliyinə əsasən etibarsız olması barədə;

476.1.1.2. əleyhinə qərar çıxarılmış tərəfin arbitrin təyin edilməsi və ya arbitraj icraatı haqqında müvafiq qaydada xəbərdar edilməməsi və ya başqa səbəblərdən ona öz etiraz və sübutlarını təqdim etmək imkanının yaradılmaması barədə;

476.1.1.3. qərarın tərəflərin arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılması və yaxud qərarın arbitraj sazişinin və ya iddia tələbinin hədlərindən kənara çıxan məsələləri əhatə etməsi barədə (arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarlar bu saziş və ya iddia tələbi ilə əhatə olunmayan məsələlər üzrə qərarlardan ayrıla bildikdə, arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarları ehtiva edən hissələr tanına və icraya yönəldilə bilər);

476.1.1.4. arbitraj məhkəməsinin tərkibinin və ya arbitraj icraatının tərəflərin razılaşmasına və ya belə razılaşma olmadıqda arbitrajın keçirildiyi yerin qanunvericiliyinə uyğun olmaması barədə;

476.1.1.5. qərarın tərəflər üçün məcburi hüquqi qüvvəyə minməməsi və ya qərarın çıxarıldığı və ya qanunvericiliyinə uyğun olaraq çıxarıldığı dövlətin məhkəməsi tərəfindən ləğv edilməsi və ya icrasının dayandırılması barədə;

476.1.2. məhkəmə aşağıdakı halları müəyyən etdikdə:

476.1.2.1. mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən arbitrajda həll edilə bilməməsini;

476.1.2.2. arbitraj qərarının tanınmasının və icrasının Azərbaycan Respublikasının Konstitusiyasına və ya publik qaydaya, yəni xarakterinə görə imperativ, universal və xüsusi ictimai əhəmiyyətə malik olan, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hüquqi quruluşunun əsasını təşkil edən fundamental hüquqi əsaslara (prinsiplərə) zidd olduğunu.

476.2. Bu Məcəllənin 476.1.1.5-ci maddəsində göstərilən məhkəməyə arbitraj qərarının ləğvi haqqında ərizə verilmişdirsə, arbitraj qərarının tanınması və ya icra edilməsi üçün müraciət edilən məhkəmə zəruri hesab etdiyi təqdirdə öz qərarının çıxarılmasını təxirə sala və arbitraj qərarının tanınması və ya icrası barədə ərizə vermiş tərəfin vəsatəti ilə digər tərəfdən uyğun təminatın təqdim edilməsini tələb edə bilər. Təminat məhkəmənin mülahizəsinə əsasən bank qarantiyası formasında və ya təminat üçün müəyyən edilmiş pul məbləğinin notariusun depozit hesabına qoyulması yolu ilə təqdim edilə bilər.

476.3. Arbitraj qərarının tanınması və ya icrası haqqında ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyəti yoxdur.

476.4. Xarici arbitraj məhkəməsinin qərarının tanınması və icraya yönəldilməsi haqqında ərizəyə onun məhkəməyə daxil olduğu gündən 3 (üç) ay müddətində baxılır.

476.5. Məhkəmə arbitraj məhkəməsinin qərarının tam və ya qismən tanınması və icrası və ya bundan imtina barədə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qərar çıxarır. Arbitraj məhkəməsinin qərarının tam və ya qismən tanınması və icrası haqqında qərar əsasında icra vərəqəsi verilir.”.

30. 477-ci maddə ləğv edilsin.

31. Aşağıdakı məzmunda beşinci bölmə əlavə edilsin:

“Beşinci bölmə

ARBİTRAJA MÜNASİBƏTDƏ YARDIM VƏ NƏZARƏT FUNKSİYALARININ YERİNƏ YETİRİLMƏSİ İLƏ BAĞLI İŞLƏR ÜZRƏ İCRAAT

Fəsil 51

ARBİTRAJA MÜNASİBƏTDƏ YARDIM FUNKSİYALARININ YERİNƏ YETİRİLMƏSİ İLƏ BAĞLI İŞLƏR ÜZRƏ İCRAAT

Maddə 478. Arbitraja münasibətdə məhkəmənin yardım funksiyaları və ərizənin verilməsi

478.1. Tərəflər arasında digər razılıq yoxdursa, məhkəmələr arbitraja münasibətdə aşağıdakı yardım funksiyalarını yerinə yetirirlər:

478.1.1. arbitrin təyin edilməsi ilə bağlı məsələlərin həlli;

478.1.2. arbitrə etiraz edilməsi ilə bağlı məsələlərin həlli;

478.1.3. arbitrin səlahiyyətlərinə (mandatına) xitam verilməsi ilə bağlı məsələlərin həlli;

478.1.4. müvəqqəti təminat tədbirlərinin tətbiqi;

478.1.5. sübutların təmin edilməsinə dair yardım.

478.2. Məhkəmənin yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada və hallarda arbitraj sazişinin tərəfi, yaxud arbitraj məhkəməsi müraciət edə bilər.

478.3. Bu Məcəllənin 478.1.2-ci və 478.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ərizə müraciət edən şəxsin müraciətə əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 30 (otuz) gün ərzində verilir.

478.4. Bu Məcəllənin 478.1.1 – 478.1.5-ci maddələrində göstərilən yardım funksiyalarına münasibətdə ərizə arbitrajın yeri üzrə Azərbaycan Respublikası ərazisində kommersiya məhkəməsinə, bu Məcəllənin 478.1.4-cü və 478.1.5-ci maddələrində göstərilən yardım funksiyalarına münasibətdə isə arbitrajın yeri müəyyənləşdirilməmişdirsə və ya xarici ölkədədirsə, yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsinə verilir.

478.5. Sübutların təmin edilməsinə dair yardım üzrə işlərdə ərizə həmçinin müvafiq prosessual hərəkətlərin yerinə yetirilməli olduğu yer üzrə kommersiya məhkəməsinə verilə bilər.

478.6. Tərəflərin razılığı olduğu təqdirdə, beynəlxalq arbitraja münasibətdə arbitrajın yeri müəyyənləşdirilmədikdə və arbitraj mübahisəsi tərəflərindən azı birinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yer və ya tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqda, həmin tərəfin adətən yaşadığı yer (tərəf fiziki şəxsdirsə) və ya daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer (tərəf hüquqi şəxsdirsə) Azərbaycan Respublikası ərazisində yerləşdikdə, bu Məcəllənin 478.1.1 – 478.1.3-cü maddələrində qeyd edilən yardım funksiyalarına münasibətdə ərizə yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsinə verilir.

Maddə 479. Ərizənin forması və məzmunu

479.1. Ərizə məhkəməyə yazılı şəkildə verilir.

479.2. Ərizədə aşağıdakılar göstərilməlidir:

479.2.1. ərizənin verildiyi məhkəmənin adı;

479.2.2. arbitrajın yeri;

479.2.3. arbitraj sazişinin tərəflərinin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı) və yaşadıqları (hüquqi şəxslərin olduqları) yer, olduğu halda – telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı;

479.2.4. mübahisəyə baxan arbitraj məhkəməsinin tərkibi (əgər arbitraj məhkəməsi təşkil olunmuşdursa);

479.2.5. daimi arbitraj təşkilatının adı və olduğu yer (əgər arbitraj prosesini daimi arbitraj təşkilatı idarə edirsə);

479.2.6. məhkəməyə müraciət etmək üçün əsas olan hallar;

479.2.7. müraciət edənin xahişi;

479.2.8. əlavə edilən sənədlərin siyahısı.

479.3. Ərizə onu təqdim edən şəxs (şəxslər) və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

479.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

479.4.1. ərizənin cavabdeh tərəfindən alındığını təsdiq edən sübutlar (bu Məcəllənin 480.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla);

479.4.2. arbitraj sazişi və ya onun notariat qaydasında təsdiq edilmiş surəti, yaxud bu mümkün olmadıqda, arbitraj sazişinin bağlandığını təsdiqləyən hər hansı sənəd;

479.4.3. müraciətin əsaslılığını təsdiq edən sənədlər;

479.4.4. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;

479.4.5. arbitraj sazişi xarici dildədirsə, bu sənədin Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi;

479.4.6. ərizənin surəti.

Maddə 480. Ərizəyə baxılması qaydası və nəticələri

480.1. Ərizəyə onun məhkəməyə daxil olduğu gündən 30 (otuz) gün ərzində (bu Məcəllənin 478.1.1 – 478.1.3-cü maddələrində göstərilən yardım funksiyalarına münasibətdə) bu fəsildə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllədə nəzərdə tutulmuş birinci instansiya məhkəməsi tərəfindən işə baxılması qaydalarına uyğun olaraq baxılır.

480.2. Bu Məcəllənin 478.1.4-cü maddəsində müəyyən edilmiş yardım funksiyalarına dair ərizələrə bu fəsildə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 13-cü fəslində müəyyən edilmiş qaydada baxılır.

480.3. Bu Məcəllənin 478.1.5-ci maddəsində müəyyən edilmiş yardım funksiyalarına dair ərizələrə bu fəsildə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 85 – 87-ci maddələrinin tələblərinə uyğun olaraq baxılır.

480.4. Arbitraj mübahisəsinin tərəfləri məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər. Lakin onların gəlməmələri işə baxılmasına mane olmur.

480.5. Tərəflər arasında digər razılaşma yoxdursa və müvəqqəti təminat tədbirləri barəsində əvvəlcədən məlumat verilməsi belə tədbirlərin tətbiqinin məqsədinə xələl gətirə bilərsə, məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarı bu tədbirlərin yönəldiləcəyi tərəfə xəbər vermədən qəbul edə bilər.

480.6. Məhkəmə işə baxarkən irəli sürülən tələb və etirazların əsaslandırıldığı sübutları araşdıraraq ərizəçinin tələblərinin təmin edilməsi üçün əsasların olub-olmadığını müəyyən edir.

480.7. İşin həllinə dair məhkəmənin qərarı bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul edilir. Bu Məcəllənin 478.1.1 – 478.1.3-cü və 478.1.5-ci maddələrində nəzərdə tutulmuş məsələlər üzrə məhkəmə qərarlarından şikayət verilə bilməz. Bu Məcəllənin 478.1.4-cü maddəsində nəzərdə tutulmuş məsələlər üzrə məhkəmə qərarlarından bu Məcəllə müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı qətidir.

Fəsil 52

YERLİ ARBİTRAJ MƏHKƏMƏLƏRİNİN QƏRARLARINDAN VERİLMİŞ ŞİKAYƏTLƏR ÜZRƏ İCRAAT

Maddə 481. Arbitraj məhkəməsinin qərarından məhkəməyə şikayət verilməsi

481.1. Arbitraj icraatının tərəfləri arbitraj məhkəməsinin qərarının ləğv edilməsi haqqında məhkəməyə ərizə verə bilərlər.

481.2. Arbitraj məhkəməsinin qərarının ləğv edilməsi haqqında ərizə “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müddətlər ərzində arbitrajın yeri üzrə kommersiya məhkəməsinə verilir.

Maddə 482. Ərizənin forması və məzmunu

482.1. Ərizə məhkəməyə yazılı şəkildə verilir.

482.2. Ərizədə aşağıdakılar göstərilməlidir:

482.2.1. ərizənin verildiyi məhkəmənin adı;

482.2.2. arbitraj sazişinin tərəflərinin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı) və yaşadıqları (hüquqi şəxslərin olduqları) yer, olduğu halda – telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı;

482.2.3. qərarı qəbul etmiş arbitraj məhkəməsinin tərkibi;

482.2.4. daimi arbitraj təşkilatının adı və olduğu yer (əgər arbitraj prosesini daimi arbitraj təşkilatı idarə edirsə);

482.2.5. arbitraj məhkəməsi qərarının tarixi və yeri;

482.2.6. müraciət edən şəxsin arbitraj məhkəməsinin qərarını aldığı tarix;

482.2.7. müraciət edən şəxsin tələbi və onu əsaslandırdığı hallar;

482.2.8. əlavə edilən sənədlərin siyahısı.

482.3. Ərizə onu təqdim edən şəxs (şəxslər) və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

482.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

482.4.1. ərizənin cavabdeh tərəfindən alındığını təsdiq edən sübutlar;

482.4.2. arbitraj məhkəməsinin qərarı və ya onun notariat qaydasında təsdiq edilmiş surəti və yaxud arbitraj icraatı daimi arbitraj təşkilatı tərəfindən idarə edildikdə, arbitraj qərarının həmin icraatı idarə edən daimi arbitraj təşkilatı tərəfindən təsdiq edilmiş nüsxəsi;

482.4.3. arbitraj sazişi və ya onun notariat qaydasında təsdiq edilmiş surəti, yaxud bu mümkün olmadıqda, arbitraj sazişinin bağlandığını təsdiqləyən hər hansı sənəd;

482.4.4. müraciətin əsaslılığını təsdiq edən sənədlər;

482.4.5. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;

482.4.6. arbitraj məhkəməsinin qərarı və ya arbitraj sazişi xarici dildədirsə, bu sənədlərin Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi;

482.4.7. ərizənin surəti.

482.5. Ərizənin bu Məcəllənin 482-ci maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-ci, 152.1.3-cü, 152.1.5-ci və 152.1.9-cu maddələri ilə müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur.

Maddə 483. Arbitraj qərarının ləğvi üçün əsaslar

483.1. Arbitraj qərarı məhkəmə tərəfindən aşağıdakı hallarda tam və ya qismən ləğv edilə bilər:

483.1.1. ərizəni verən tərəf aşağıdakı sübutları təqdim etdikdə:

483.1.1.1. arbitraj sazişinin tərəflərindən birinin ona münasibətdə tətbiq edilən qanunvericiliyə uyğun olaraq həmin sazişin bağlandığı vaxtda fəaliyyət qabiliyyəti olmayan şəxs olması və ya arbitraj sazişinin tərəflərin həmin sazişə tətbiq etdikləri qanunvericiliyə və ya sazişdə bu barədə göstəriş olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə görə etibarsız olması barədə;

483.1.1.2. ərizəni verən tərəfin arbitrin təyin edilməsi və ya arbitraj icraatı haqqında müvafiq qaydada xəbərdar edilməməsi və ya başqa səbəblərdən ona öz etiraz və sübutlarını təqdim etmək imkanının yaradılmaması barədə;

483.1.1.3. qərarın arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılması, yaxud qərarın arbitraj sazişinin və ya iddia tələbinin hədlərindən kənara çıxan məsələləri əhatə etməsi barədə (arbitraj sazişini və ya iddia tələbini əhatə edən məsələlər üzrə qərarlar həmin sazişin və ya iddia tələbinin əhatə etmədiyi məsələlər üzrə qərarlardan ayrıla bilərsə, yalnız arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunmayan məsələlər üzrə qərarları ehtiva edən hissələr ləğv edilə bilər);

483.1.1.4. arbitraj məhkəməsinin tərkibinin və ya arbitraj icraatının tərəflərin razılaşmasına və ya belə razılaşma olmadıqda, “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması barədə;

483.1.2. məhkəmə aşağıdakıları müəyyən etdikdə:

483.1.2.1. Azərbaycan Respublikasının qanunvericiliyinə görə mübahisənin arbitrajda həll edilə bilməməsini;

483.1.2.2. arbitraj qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya publik qaydaya zidd olduğunu.

Maddə 484. Ərizəyə baxılma qaydası və nəticələri

484.1. Ərizəyə onun məhkəməyə daxil olduğu gündən 30 (otuz) gün ərzində bu fəsil ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllədə nəzərdə tutulmuş birinci instansiya məhkəməsi tərəfindən işə baxılması qaydalarına uyğun olaraq baxılır.

484.2. İşə baxan məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə prosesin hazırlıq mərhələsində tərəflərdən və ya tərəflərə iş materiallarının təqdim edilmədiyi hallarda daimi arbitraj təşkilatından və ya arbitraj işinin materiallarını saxlamaq səlahiyyəti olan qurumdan ləğv edilməsi barədə ərizə verilmiş arbitraj qərarına aid iş materiallarını tələb edə bilər.

484.3. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər. Lakin onların gəlməmələri işə baxılmasına mane olmur.

484.4. Məhkəmə işə baxarkən irəli sürülən tələb və etirazların əsaslandırıldığı sübutları araşdıraraq arbitraj məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasların olub-olmadığını müəyyən edir. Arbitraj qərarının ləğvi haqqında ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyəti yoxdur.

484.5. İşə baxılma nəticəsində məhkəmə arbitraj məhkəməsinin qərarının tam və ya qismən ləğv edilməsi və ya ləğv edilməsindən imtina barədə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qərar çıxarır.

484.6. Arbitraj qərarı ləğv edildikdə, arbitraj icraatının tərəfləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmamışdırsa və arbitraj sazişinin etibarsızlığı arbitraj qərarını ləğv edən qərar ilə müəyyən edilməmişdirsə, arbitraj sazişi qüvvədə qalır. Bu halda arbitraj icraatının tərəfləri müvafiq mübahisənin həll olunması üçün yenidən arbitraj məhkəməsinə müraciət edə bilərlər.

484.7. Arbitraj məhkəməsinin qərarının ləğv edilməsi və ya ləğv edilməsindən imtina barədə məhkəmə qərarlarından bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı qətidir.

Maddə 485. Arbitraj məhkəməsinin öz səlahiyyəti haqqında ilkin qərarının ləğv edilməsi barədə ərizəyə baxılması

485.1. Arbitraj icraatının tərəfləri “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda arbitraj məhkəməsinin öz səlahiyyəti haqqında ilkin qərarının ləğv edilməsi üçün arbitrajın yeri üzrə kommersiya məhkəməsinə ərizə ilə müraciət edə bilərlər.

485.2. Ərizə arbitraj məhkəməsinin öz səlahiyyəti haqqında ilkin qərarının alındığı gündən 30 (otuz) gün ərzində verilə bilər.

485.3. Məhkəmə tərəfindən ərizəyə baxılanadək arbitraj məhkəməsi mübahisənin həllinə dair qərar qəbul etdikdə, arbitraj icraatının başa çatması ilə əlaqədar ərizə baxılmamış saxlanılır. Bu halda müraciət edən tərəf arbitraj məhkəməsinin qərarının ləğv edilməsi və ya məcburi icrasının təmin edilməsi barədə işə baxılması zamanı bu Məcəllənin 485-ci maddəsində nəzərdə tutulmuş ərizəsinin əsasını təşkil edən hallara istinad etmək hüququnu itirmir.

485.4. İşə baxılması nəticəsində məhkəmə arbitraj məhkəməsinin öz səlahiyyəti haqqında ilkin qərarının ləğv edilməsi və ya ləğv edilməsindən imtina barədə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qərar çıxarır. Arbitraj məhkəməsinin səlahiyyətli olmaması barədə məhkəmənin qəbul etdiyi qərardan apellyasiya instansiya məhkəməsinə şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı qətidir.

Fəsil 53

YERLİ ARBİTRAJ MƏHKƏMƏSİNİN QƏRARININ MƏCBURİ İCRASININ TƏMİN EDİLMƏSİ İLƏ BAĞLI İŞLƏR ÜZRƏ İCRAAT

Maddə 486. Yerli arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi barədə məhkəməyə müraciət edilməsi

486.1. Yerli arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi məsələsinə maraqlı tərəfin ərizəsi əsasında baxılır.

486.2. Yerli arbitraj məhkəməsinin qərarı arbitraj qərarında müəyyən edilmiş müddət ərzində və ya belə müddət müəyyən edilmədikdə, arbitraj qərarının çıxarıldığı gündən 3 (üç) ay ərzində könüllü icra edilmədikdə, arbitraj qərarının məcburi icrasının təmin edilməsi barədə məhkəməyə müraciət edilə bilər.

486.3. Yerli arbitraj məhkəməsinin qərarı məhkəmə tərəfindən bu Məcəllədə müəyyən edilmiş qaydada ləğv edilmişdirsə, bu qərarın məcburi icrasının təmin edilməsi barədə ərizə verilmiş məhkəmə ərizəni qəbul etməkdən imtina edir.

486.4. Ərizə borclunun yaşadığı (hüquqi şəxsin olduğu) yer üzrə, borclunun yaşadığı yer (hüquqi şəxsin olduğu yer) məlum olmadıqda isə əmlakının olduğu yer üzrə kommersiya məhkəməsinə verilir. Arbitraj icraatının tərəflərinin razılığı ilə ərizə arbitrajın keçirildiyi yer üzrə və ya ərizəni təqdim etmiş tərəfin yaşadığı (hüquqi şəxsin olduğu) yer üzrə kommersiya məhkəməsinə verilə bilər.

486.5. Ərizə arbitraj qərarının könüllü icrası müddətinin bitdiyi tarixdən 3 (üç) ildən gec olmayaraq verilə bilər.

Maddə 487. Ərizənin forması və məzmunu

487.1. Ərizə məhkəməyə yazılı şəkildə verilir.

487.2. Ərizədə aşağıdakılar göstərilməlidir:

487.2.1. ərizənin verildiyi məhkəmənin adı;

487.2.2. arbitraj sazişinin tərəflərinin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı) və yaşadıqları (hüquqi şəxslərin olduqları) yer, olduğu halda – telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı;

487.2.3. qərarı qəbul etmiş arbitraj məhkəməsinin tərkibi;

487.2.4. daimi arbitraj təşkilatının adı və olduğu yer (əgər arbitraj prosesini daimi arbitraj təşkilatı idarə etmişdirsə);

487.2.5. arbitraj məhkəməsi qərarının tarixi və yeri;

487.2.6. arbitraj məhkəməsi qərarının məcburi icrasının təmin edilməsi tələbi;

487.2.7. əlavə edilən sənədlərin siyahısı.

487.3. Ərizə onu təqdim edən şəxs (şəxslər) və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

487.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

487.4.1. ərizənin cavabdeh tərəfindən alındığını təsdiq edən sübutlar;

487.4.2. arbitraj məhkəməsinin qərarı və ya onun notariat qaydasında təsdiq edilmiş surəti və yaxud arbitraj icraatı daimi arbitraj təşkilatı tərəfindən idarə edildikdə, arbitraj qərarının həmin icraatı idarə edən daimi arbitraj təşkilatı tərəfindən təsdiq edilmiş nüsxəsi;

487.4.3. arbitraj sazişi və ya onun notariat qaydasında təsdiq edilmiş surəti, yaxud bu mümkün olmadıqda, arbitraj sazişinin bağlandığını təsdiqləyən hər hansı sənəd;

487.4.4. müraciətin əsaslılığını təsdiq edən sənədlər;

487.4.5. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;

487.4.6. arbitraj məhkəməsinin qərarı və ya arbitraj sazişi xarici dildədirsə, bu sənədlərin Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi;

487.4.7. ərizənin surəti.

Maddə 488. Ərizəyə baxılma qaydası və nəticələri

488.1. Ərizəyə onun məhkəməyə daxil olduğu gündən 30 (otuz) gün ərzində bu fəsildə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllədə nəzərdə tutulmuş birinci instansiya məhkəməsi tərəfindən işə baxılması qaydalarına uyğun olaraq baxılır.

488.2. İşə baxan məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə prosesin hazırlıq mərhələsində tərəflərdən və ya tərəflərə iş materiallarının təqdim edilmədiyi hallarda daimi arbitraj təşkilatından və ya arbitraj işinin materiallarını saxlamaq səlahiyyəti olan qurumdan məcburi icrasının təmin edilməsi barədə ərizə verilmiş arbitraj qərarına aid iş materiallarını tələb edə bilər.

488.3. Arbitraj icraatının tərəfləri məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməmələri işə baxılmasına mane olmur.

488.4. Məhkəmə işə baxarkən irəli sürülən tələb və etirazların əsaslandırıldığı sübutları araşdıraraq arbitraj qərarının məcburi icrasının təmin edilməsindən imtina edilməsi üçün əsasların olub-olmadığını müəyyən edir. Yerli arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsinə dair ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyəti yoxdur.

488.5. Məhkəmə yalnız bu Məcəllənin 483.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə arbitraj məhkəməsinin qərarının məcburi icrasından imtina edə bilər.

488.6. Eyni məhkəmənin icraatında həm arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi, həm də həmin qərarın ləğv edilməsi barədə iş vardırsa, həmin işlər bu Məcəllənin 169.4-cü maddəsinə uyğun olaraq bir icraatda birləşdirilir.

488.7. Müxtəlif məhkəmələrin icraatında arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi və həmin qərarın ləğv edilməsi barədə işlər vardırsa, arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi barədə işi qəbul etmiş məhkəmə digər məhkəmədə iş həll edilənədək iş üzrə icraatı bu Məcəllənin 254.1.4-cü maddəsinə uyğun olaraq dayandırır.

488.8. Yerli arbitraj məhkəməsinin qərarının bu Məcəllənin 483-cü maddəsinin müddəalarına uyğun olaraq ləğv edilməsi barədə məhkəməyə müraciət edilmişdirsə, bu arbitraj qərarının ləğvi üçün irəli sürülmüş əsaslar arbitraj qərarının məcburi icrasının təmin edilməsi barədə müraciət edilən məhkəmə tərəfindən yenidən nəzərdən keçirilə bilməz.

488.9. İşə baxılma nəticəsində məhkəmə arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi və ya bundan imtina barədə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qərar çıxarır. Arbitraj məhkəməsinin qərarının tam və ya qismən məcburi icrasının təmin edilməsi haqqında qərar əsasında icra vərəqəsi verilir.

488.10. Arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi və ya bundan imtina barədə məhkəmə qərarlarından bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı qətidir.

Fəsil 54

MÜVƏQQƏTİ TƏMİNAT TƏDBİRLƏRİNİN TƏTBİQİ BARƏDƏ ARBİTRAJ MƏHKƏMƏLƏRİNİN QƏRARLARININ TANINMASI VƏ İCRASI

Maddə 489. Arbitraj məhkəmələrinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarlarının tanınması və icrası barədə məhkəməyə müraciət edilməsi

489.1. Arbitraj məhkəmələrinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarlarının tanınması və icrası məsələsinə maraqlı tərəfin ərizəsi əsasında baxılır.

489.2. Təminatın təqdim edilməsi məsələsi üzrə arbitraj məhkəməsi tərəfindən qərar çıxarılmamışdırsa və ya belə qərarın çıxarılması üçüncü şəxslərin hüquqlarının qorunması üçün zəruridirsə, müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərarların tanınması və icrası haqqında ərizə verilən məhkəmə belə ərizəni vermiş arbitraj icraatı tərəfindən uyğun təminatın verilməsini tələb edə bilər. Təminat məhkəmənin mülahizəsinə əsasən bank qarantiyası formasında və ya təminat üçün müəyyən edilmiş pul məbləğinin notariusun depozit hesabına qoyulması yolu ilə təqdim edilə bilər.

489.3. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarın tanınması və ya icra olunması üçün müraciət etmiş arbitraj icraatı tərəfi həmin tədbirlər arbitraj məhkəməsi tərəfindən ləğv edildikdə, icrası dayandırıldıqda və ya dəyişdirildikdə dərhal bu barədə məhkəməyə məlumat verməlidir.

Maddə 490. Arbitraj məhkəmələrinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarlarının tanınması və icrası barədə ərizələrə baxan məhkəmə

Arbitraj məhkəmələrinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarlarının tanınması və icrası barədə ərizələrə yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq apellyasiya məhkəməsi baxır.

Maddə 491. Ərizənin forması və məzmunu

491.1. Ərizə məhkəməyə yazılı şəkildə verilir.

491.2. Ərizədə aşağıdakılar göstərilməlidir:

491.2.1. ərizənin verildiyi məhkəmənin adı;

491.2.2. arbitraj sazişinin tərəflərinin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı) və yaşadıqları (hüquqi şəxslərin olduqları) yer, olduğu halda – telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı;

491.2.3. qərarı qəbul etmiş arbitraj məhkəməsinin tərkibi;

491.2.4. daimi arbitraj təşkilatının adı və olduğu yer (əgər arbitraj prosesini daimi arbitraj təşkilatı idarə edirsə);

491.2.5. arbitraj məhkəməsi qərarının tarixi və yeri;

491.2.6. arbitraj məhkəməsi qərarının tanınması və məcburi icrası tələbi;

491.2.7. əlavə edilən sənədlərin siyahısı.

491.3. Ərizə onu təqdim edən şəxs (şəxslər) və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

491.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

491.4.1. ərizənin cavabdeh tərəfindən alındığını təsdiq edən sübutlar (bu Məcəllənin 493.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla);

491.4.2. arbitraj məhkəməsinin qərarı və ya onun notariat qaydasında təsdiq edilmiş surəti və yaxud arbitraj icraatı daimi arbitraj təşkilatı tərəfindən idarə edildikdə, arbitraj qərarının həmin icraatı idarə edən daimi arbitraj təşkilatı tərəfindən təsdiq edilmiş nüsxəsi;

491.4.3. arbitraj sazişi və ya onun notariat qaydasında təsdiq edilmiş surəti, yaxud bu mümkün olmadıqda, arbitraj sazişinin bağlandığını təsdiqləyən hər hansı sənəd;

491.4.4. müraciətin əsaslılığını təsdiq edən sənədlər;

491.4.5. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;

491.4.6. arbitraj məhkəməsinin qərarı və ya arbitraj sazişi xarici dildədirsə, bu sənədlərin Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi;

491.4.7. ərizənin surəti.

Maddə 492. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınmasından və ya icrasından imtina edilməsi üçün əsaslar

492.1. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınmasından və ya icrasından aşağıdakı hallarda imtina edilə bilər:

492.1.1. əleyhinə belə qərar çıxarılmış tərəfin müraciəti ilə məhkəmə aşağıdakı hallardan birini müəyyən etdikdə:

492.1.1.1. bu Məcəllənin 476.1.1.1 – 476.1.1.4-cü maddələrində qeyd olunan əsaslardan birinin mövcudluğunu (bu Məcəllənin 476.1.1.2-ci maddəsinə münasibətdə “Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsində göstərilən hal istisna olmaqla);

492.1.1.2. müvəqqəti təminat tədbirləri ilə bağlı təminatın verilməsi barədə arbitraj məhkəməsinin qərarının icra olunmadığını;

492.1.1.3. arbitraj məhkəməsi tərəfindən və ya müvafiq səlahiyyətin olduğu təqdirdə ərazisində arbitrajın keçirildiyi, yaxud qanunvericiliyi əsasında müvəqqəti təminat tədbirlərinin tətbiq olunduğu dövlətin məhkəməsi tərəfindən müvəqqəti təminat tədbirlərinin ləğv olunduğunu və ya icrasının dayandırıldığını;

492.1.2. məhkəmə aşağıdakı hallardan birini müəyyən etdikdə:

492.1.2.1. məhkəmənin öz səlahiyyətlərinə və tədbirin icrasının məqsədlərinə uyğunlaşdırmaq üçün müvəqqəti təminat tədbirinin mahiyyətini dəyişdirmədən həmin tədbirdə dəyişiklik edə bildiyi hallar istisna olmaqla, təminat tədbirinin məhkəmənin səlahiyyətlərinə uyğun olmadığını;

492.1.2.2. bu Məcəllənin 476.1.2.1-ci və 476.1.2.2-ci maddələrində qeyd olunan əsaslardan hər hansı birinin müvəqqəti təminat tədbirinin tanınmasına və icrasına tətbiq olunduğunu.

Maddə 493. Ərizəyə baxılma qaydası və nəticələri

493.1. Ərizəyə onun məhkəməyə daxil olduğu gündən sonra təxirə salınmadan baxılır.

493.2. İşə baxan məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə prosesin hazırlıq mərhələsində tərəflərdən və ya tərəflərə iş materiallarının təqdim edilmədiyi hallarda daimi arbitraj təşkilatından və ya arbitraj işinin materiallarını saxlamaq səlahiyyəti olan qurumdan tanınması və icrası barədə ərizə verilmiş arbitraj qərarına aid iş materiallarını tələb edə bilər.

493.3. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj qərarının tanınması və icrasına dair qərarın qəbul edilməsi barədə əvvəlcədən məlumat verilməsi belə tədbirlərin tətbiqinin məqsədinə xələl gətirə biləcəyi hallar istisna olmaqla, məhkəmə müvəqqəti təminat tədbirlərinin yönələcəyi tərəfə arbitraj qərarının tanınması və icrasına dair qərar qəbul edilməmişdən əvvəl xəbər verməlidir.

493.4. Arbitraj icraatının tərəfləri məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməmələri işə baxılmasına mane olmur.

493.5. Məhkəmə ərizəyə baxarkən irəli sürülən tələb və etirazların əsaslandırıldığı sübutları araşdıraraq arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının tanınması və icrasından imtina edilməsi üçün əsasların olub-olmadığını müəyyən edir.

493.6. Tanınma və ya icra haqqında ərizəyə baxan məhkəmə qərar qəbul edərkən müvəqqəti təminat tədbirlərinin mahiyyətini araşdırmamalıdır.

493.7. İşə baxılma nəticəsində məhkəmə arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının tanınması və icrası və ya tanınma və icradan imtina edilməsi barədə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qərar çıxarır. Arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının tanınması və icrası barədə qərar qəbul edən məhkəmə müvəqqəti təminat tədbirinin mahiyyətini dəyişdirmədən müvəqqəti təminat tədbirlərini öz səlahiyyətlərinə və tədbirin icrasının məqsədlərinə uyğunlaşdıra bilər.

493.8. Məhkəmə işə onun iştirakı olmadan baxılmış arbitraj icraatının tərəfinə qəbul edilmiş qərar barədə dərhal xəbər verir.

Maddə 494. Arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının tanınması və icrası barədə qərarın icra edilməsi

494.1. Arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının tanınması və icrasına dair qərar dərhal qüvvəyə minir və icra edilir.

494.2. Arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının tanınması və icrası barədə qərar icra edilməsi üçün aidiyyəti orqanlara göndərilir və ya həmin qərar əsasında icra vərəqəsi verilir. Qərar və ya icra vərəqəsinin təsdiq olunmuş surəti aidiyyəti orqana təqdim edilməsi üçün ərizəçinin tələbi ilə ona verilə bilər.

494.3. Müvəqqəti təminat tədbirlərinin yönəldiyi arbitraj icraatının tərəfinin müvəqqəti təminat tədbirləri ilə müəyyən edilmiş qadağaları pozduğu hallarda dövlətin xeyrinə aşağıdakı miqdarda cərimələr tutulur:

494.3.1. qiymətləndirilən iddialar üzrə - iddia qiymətinin 50 faizinədək miqdarda;

494.3.2. qiymətləndirilməyən iddialar üzrə - iki yüz iyirmi manat.

Maddə 495. Arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının tanınması və icrası barədə qərarın qüvvədən düşməsi

Arbitraj icraatının tərəfləri arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının arbitraj məhkəməsi tərəfindən ləğv edilməsi, icrasının dayandırılması və ya dəyişdirilməsi barədə məhkəməyə dərhal məlumat verməlidirlər. Məhkəmə bu halları qiymətləndirdikdən sonra öz mülahizəsi əsasında arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının tanınması və icrası barədə qərarın ləğvi və ya müvəqqəti təminat tədbirinin bir növünün digəri ilə əvəz edilməsi barədə qərar qəbul edir.

Maddə 496. Arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərarının tanınması və icrası nəticəsində vurulmuş zərərin ödənilməsi

Müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsasların olmadığı sonradan müəyyən edilərsə, arbitraj icraatında maraqlı şəxs arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının tanınması və icrası nəticəsində vurulmuş zərərin əvəzinin (arbitraj məhkəməsi tərəfindən bu barədə qərar qəbul edilməmişdirsə), habelə arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının məhkəmə tərəfindən tanınması və icrasına dair etirazla əlaqədar çəkilmiş xərclərin ödənilməsini bu qərarın tanınması və icrası üçün məhkəməyə ərizə vermiş tərəfdən məhkəmə qaydasında tələb edə bilər.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 dekabr 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 19 dekabr 2024
17:20
Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsi, bu sahədə idarəetmə və nəzarət...

19 dekabr 2024, 17:20
SƏNƏDLƏR Fərmanlar 19 dekabr 2024
17:18
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il iyunun 29-da Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük...

19 dekabr 2024, 17:18
SƏNƏDLƏR Fərmanlar 19 dekabr 2024
17:16
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 80-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”,...

19 dekabr 2024, 17:16
SƏNƏDLƏR Qanunlar 19 dekabr 2024
17:14
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu...

19 dekabr 2024, 17:14
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
15:54
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Şahdəniz” qaz-kondensat...

18 dekabr 2024, 15:54
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
14:34
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                    

1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...

18 dekabr 2024, 14:34
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:02
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...

17 dekabr 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:00
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...

17 dekabr 2024, 17:00