Xəlil Kələntərdən, Tokio, Yaponiya
Hörmətli cənab Prezident,
Azərbaycan-Yaponiya Dostluq Mərkəzi olaraq Azərbaycan Respublikasında 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyirik. Hesab edirik ki, növbədənkənar prezidenti seçkiləri 55 milyonluq azərbaycanlılar üçün işıqlı yol və millətimizin taleyində çox vacib məqam olacaq.
Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından sonra davamlı inkişaf və sabitliyin qorunub saxlanılması vacib şərtdir. Bu, vətəndaşlar üçün ölkənin inkişaf istiqamətini müəyyən etmək və baş verən proseslərdə iştirak üçün əsas məqamlardan biridir.
Cənab Prezident, rəhbərlik etdiyiniz son 20 ildə böyük nailiyyətlərə imza atdınız. Azərbaycan Respublikası 30 il işğal altında qalmış bütün Qarabağ torpaqlarını azad edib və Xocalı soyqırımının qisasını alıb. Bu gün biz dünyanın hər bir yerində başıuca və alnıaçıq yaşayırıq. Sizin uzaqgörən və müdrik siyasətiniz nəticəsində bütün maneələrə baxmayaraq Azərbaycan çox gözəl və müsbət inkişafa nail olub.
Azərbaycan-Yaponiya Dostluq Mərkəzi olaraq inanırıq ki, Siz ölkəmiz üçün güclü bir Lidersiniz və biz Sizin qalib gələcəyinizə inanırıq. Fevral ayında keçiriləcək növbədənkənar prezident seçkilərində xalqımıza da uğurlar arzulayırıq.
Hörmətlə,
Xəlil Kələntər,
Azərbaycan Yaponiya Dostluq Mərkəzinin sədri.
Yaponiya, Tokio şəhəri.