Mərdan Novruzovdan, Vladivostok, Rusiya
Möhtərəm cənab Prezident,
Yaxın günlərdə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu, mədəniyyətimizin və tariximizin canlı abidəsi olan Qarabağın reinteqrasiyasından sonra ilk səsvermədir. Azərbaycan bu ərazi üzərində suverenliyi bərpa edərək 30 illik müstəqillik dövrünün əsas vəzifəsini icra etdi. Uzaq Şərqdəki Azərbaycan diasporu Sizin ölkə rəhbəri vəzifəsinə namizədliyinizi səmimi dəstəklədiyini bildirir. Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək seçkilərdə Sizin namizədliyinizin irəli sürülməsi ilə bağlı qərarı bizi çox sevindirdi.
Görünən odur ki, Azərbaycan xalqı Sizə böyük etimad göstərir. Ölkə rəhbəri kimi xidmətinizin 20 illiyi, eləcə də ölkəmiz üçün əlamətdar Qələbə münasibətilə Uzaq Şərqin Azərbaycan diasporunun üzvlərinin səmimi, ürəkdən gələn təbriklərini qəbul edin!
Müxtəlif millətlərdən olan qəhrəman oğullarımız Azərbaycan bayrağı altında sülhə, gələcək nəsillərin firavanlığına nail oldular. Bir vaxtlar evlərindən qovulan ailələr doğma yurdlarına qovuşa bildilər. Sizsiz – Müzəffər Ali Baş Komandansiz bu Zəfər baş tutmazdı.
Hesab edirik ki, Sizin rəhbərliyinizlə ölkənin prioriteti daim Azərbaycanın maraqları olub. Yenidən Prezident vəzifəsinə seçilməyiniz isə suverenliyin artırılması istiqamətində mühüm addım olacaq. Əminik ki, Siz başladığınız işi uğurla başa çatdıracaqsınız.
Azərbaycan diasporu real qüvvəyə çevrilir. Dünyadakı soydaşlarımıza göstərilən dəstəyə, xalqın birliyinin formalaşmasına kömək edən layihələrə görə minnətdarlığımızı bildiririk. Hər zaman Uzaq Şərq Azərbaycan icmasının sədaqətinə arxalana bilərsiniz.
Biz tarixi Vətənimizin ədalətli mövqeyini yorulmadan müdafiə edir, onun uğurları ilə ürəkdən fəxr edirik. Vətəndən uzaqda yaşayan azərbaycanlılar ölkədə baş verənlərə biganə qala bilməzlər.
Ümid edirik ki, seçicilər bir daha səslərini İlham Əliyevin lehinə - ölkənin uğurlu gələcəyinə, sabitliyə, firavanlığa verəcəklər!
Hörmətlə,
Novruzov Mərdan,
“Azərbaycan Konqresi” Primorsk diyarının Milli-Mədəni İctimai Təşkilatının sədri, Primorsk diyarının Qubernatorunun müşaviri.
Rusiya Federasiyası, Vladivostok şəhəri.