Seymur Nəsirovdan, Qahirə, Misir
Hörmətli cənab Prezident.
“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi olaraq, 2024-cü il fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizi - Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən İlham Əliyevin namizədliyini “Zəfər yoluna davam!” şüarı altında dəstəkləyirik.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın, millətimizin adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, ərazi bütövlüyümüzü təmin edən Liderimizin təbliğatında fəal olduğunu görürük.
Biz əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq.
Hörmətlə,
Seymur Nəsirov,
“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri.
Misir Ərəb Respublikası, Qahirə şəhəri.