30 yanvar 2024, 18:21

Əmir Əli Sərdari İrəvanidən, Almaniya

Hörmətli cənab Prezident,

Qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinizi dəstəklədiyimi məmnunluqla bildirirəm. Sizin dövlət başçısı kimi indiyə qədər Azərbaycanın milli maraqları, xalqın mənafeyi naminə gördüyünüz işlər yenidən bu vəzifə üçün ən layiqli namizəd olduğunuzu deməyə əsas verir. Sizin düşünülmüş siyasətiniz Azərbaycana hər zaman uğurlar qazandırıb. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da inkişaf edəcək və yeni zirvələr fəth edəcəkdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Əmir Əli Sərdari İrəvani,

İrəvan xanları nəslinin nümayəndəsi.

Almaniya.